Döyürlər indi - Əfqan Rəhmanov

Döyürlər indi - Əfqan Rəhmanov
 



Mərd adın batırıb,atam balası,
Yalağı-yaltağı öyürlər indi.
Kısqadıb üstünə trol tulası
Dalına vedrə də düyürlər indi.

Yığılır yalaqlar yağın başına,
Meyidlər cumuşur sağın başına,
Yamanı qaldırıb dağın başına,
Yaxşıya şər atıb söyürlər indi.

Gör hardan-haraya dəyişib həyat
Eşşək quyruğunda sürüklənir at.
Qeyrətli kişilər gendən baxır mat
Problem həll edir "cüyürlər" indi.

Hayanda qanun var bu qanun kimi?
Qırxılır haqq deyən zərif yun kimi.
Haqqın sümüyünü əzib un kimi
Ətini nuş ilə yeyirlər indi.

Qubada haqsızlıq xırtdəyə çatır
Cavabdeh pul yeyib,sakitcə yatır.
Qırıb ekoloqlar meşəni satır,
Meşə qoruyanı döyürlər indi.
08.04.2023

Paralel.az

0.029640913009644