İkrah oyadır - "Satira və yumor" silsiləsindən

İkrah oyadır -
 

("Satira və yumor" silsiləsindən)

Bəzi sözlərim çox qəliz,
Əksəriyyəti “saya”dır,
Bir “gözəl”lə müsahibəm,
Adamda ikrah oyadır:

-Sordum ki, nədir namus, ar?
Dedi: - Təyin edər bazar,
Dedim : - Çoxmu fanatın var?
Dedi : - Qoyduğum “maya”dır.

Dedim : - Hanı təmiz niyyət,
Ülvi duyğu, saf məhəbbət?
Dedi : - Dəyər düşüb, əlbət,
Bu da “devolvasiya”dır.

Dedim : - Yəqin, ağlın çaşıb,
Dedi : - Cəhdim sədlər aşıb,
Bədənim avropalaşıb,
Bir az başım “Asiya”dır.

Dedim: - Deyilsən yar kimi,
Dedi : - Coşma “xiyar” kimi,
Dedim : - Nədir bu nar kimi?
Dedi : - “Naviqasiya”dır.

Dedim : - Gözəl, bu nə dondu?
Damarımda qanım dondu...
Dedi : - Yubka etalondu,
Sevgim ondan da qısadır.

Vücudu gəlmədi xoşa,
Bənzədi ayrı cür “quş”a,
Çingiz düşə bilmir başa,
Bu necə Formasiyadır?...

Çingiz Kürdəmirli

"Paralel.az"

0.060454130172729