Gülmənə - Çingiz Kürdəmirli

Gülmənə - Çingiz Kürdəmirli
 

(Mesaj vasitəsilə mənə gül və ya
ürək göndərən dostlar üçün bir
təcnis hədiyyəsi)

Vaxt olubdu, bəs deyincə gülmüşəm,
Fürsəti, gəl vermə fövtə, gül mənə,
Nəyə güldüyümü, amma bilmişəm...
İzahat ver sən də belə gülmənə.

Fələk özü bəla göndərib Yerə,
Bu dərdin dəvasın gəzmə boş yerə,
Nə hesab edirsən özünü? Yer(i), ə,
İçin dolu kədər, üzdə gülmə nə?

Ər yediyin, vay o günə, yal ana,
Sözlər tüpürülə, sonra yalana,
Bələnmisən başdan – ayaq yalana,
Nəyə işarədir böylə gülmən, ə?

Dalımızca sanki qovur hey, atdı,
Soruş bəxtimizi, deyim hə...Yatdı!
Bu yaşamaq deyil! Adı həyatdı,
Bu günündə necə deyim gül, mən, ə?!

Hələ az da olsa, qalıb söz ümdə,
Çingizəm, gəz, hikmət axtar sözümdə,
Qan ağlayir beytim, misram, sözüm də,
Göndərirsən “mesaj” ilə gül mənə!..

"Paralel.az"

0.016741037368774