Süzürəm gizli - gizli... - Şəfəq Şərqiyyə Lətifli

Süzürəm gizli - gizli... - Şəfəq Şərqiyyə Lətifli
 

 

Hardadı o günlər, tapa bilmirəm,
Yuxumu qaçırıb sənin həsrətin.
Önümə qoymuşam, bir dəftər qələm,
Yazıram sözləri, mən gizli-gizli.

***
Divara vurduğum əksinə baxıb,-
Baxışı, bir aləm ruhuma sıxıb,
Dururam sakitcə, zamana axıb,
Süzürəm gözləri, mən gizli-gizli.

***
Sanki görmür məni, bəlalı eşqim,
Ürəyim bölünüb yüz dilim-dilim,
Taleyim qaralmış, var ölüm-dirim,
Düzürəm hər sətri, mən gizli- gizli.

***
Susqun baxışların yetişmir mənə,
Bilmirəm mən nəyi edim bəhanə?
Məni eyləmisən dəli-divanə,
Bükürəm dəftəri, mən gizli- gizli.

"Paralel.az"

0.017289161682129