Açılmadı o gecənin səhəri - Səməd Səda

Açılmadı o gecənin səhəri - Səməd Səda
 

Açılmadı o gecənin səhəri
O gecənin qaranlığı bitmədi.
Sökülmədi o gecədə dan yeri...
Sabahına səsim, ünüm yetmədi..!

Sağollaşıb ayrılanlar olmadı..
Qəribəymis ayrılığın son adı
Coşdu torpağ,zəlzələlər qaynadı
O gün Rəbbim..duamı eşitmədi..!

Qana döndü torpağın hər qarışı
Kim dilədi bu naləni, qarğışı..?!
Qalmadı yurdumun daş üstə daşı
Zaman durdu, vədə gəlib ötmədi..!

Acı düşdü hər obaya, hər köyə
Ağılar ucaldı torpagdan göyə
O sabahı dərdə açdı Türkiyə..!
Allah, Allah acıların bitmədi..?!
O gün Rəbbim duamı eşitmədi.!!

Türkiyədə zəlzələ zamanı həlak olanların xatirəsinə..
Acınız acim, kədəriniz kədərimdir..

"Paralel.az"

0.35819005966187