Məni - Həvva Nazim

Məni - Həvva Nazim
 

Məni

Sənsizliklə yol gedirəm nə vaxtdır,
Ayrılığın köhlənindən sal məni.
Günahına şərik olum, sevdiyim
Oğurlayıb yad gözlərdən çal məni.

***
Dalğa-dalğa sarayımı qurmuşam,
Köpük-köpük sahillərə vurmuşam,
Xəyal-xəyal ləpələnib durmuşam,
Gəl, həsrətin qollarından al məni.

***
İllər hicran qoxumasın, istərəm,
Qəlbə nisgil toxumasın, istərəm,
Hər kənar göz oxumasın, istərəm,
Sətir-sətir oxu, sanma lal məni.

"Paralel.az"

0.066329956054688