Yer üstündə dava-dalaş salmıram...! - Şaiq Miskinli

Yer üstündə dava-dalaş salmıram...! - Şaiq Miskinli
 


Mən aqiləm... vuruqda da, cəmdə də,
Dəyişməzəm... artıqda da, kəmdə də,
Sevincdə də, kədərdə də , qəmdə də,
Haqq-hesabı, sayı dolaş salmıram...!

Dərd bilinsə, çətin deyil dərmanı,
Üfürməklə qovmaq olmaz dumanı,
Qəribədir... ilhamımdır dərd anı,
O gələndə yolu dolac salmıram...!

Mənim qəlbim parça ətdir, daş deyil,
Yazda dolu bir kimsəyə xoş deyil,
Qəm - kədərlə ürək dolu, boş deyil,
Yer üstündə dava - dalaş salmıram...!

Yalan olmaz şair kəsin sözündə,
Neçə - neçə arzu qalıb gözümdə,
Son zamanlar hiss edirəm özüm də,
Ürəyimə qorxu - təlaş salmıram....!
"Paralel.az"

0.020840883255005