Təslim olmaz - Təvəkkül Goruslu
Dini əldə bayraq edib,
Öz xalqına zülm edəndən,
Dindar olmaz, müslüm olmaz.
Rişxənd edib, riya edib,
İstehzayla baxma gendən,
Bu xalq burda təslim olmaz.
Dindaşını təhdid edib,
Moizəni etmə dindən,
Belə təşfiq, təlim olmaz.
Sanma Tanrı məhdud edib,
Çoxdu sayım, gücüm səndən,
Cəsarətdə mislim olmaz.
Türkdü adım, soyum qədim,
Dinlə eşit, son kəs dedim,
Türk yenilməz, təslim olmaz!
05. 04. 2023
"Paralel.az"