Necə dəyişim - Abdulla Saymaz

Necə dəyişim - Abdulla Saymaz
 

Payız ömrümüzə dolduğu halda,
Ağaclar saçını yolduğu halda,
Günah ikimizdə olduğu halda,
Tək necə dəyişim, olum başqa mən?

Gündüzü tez qovub, düşəndə axşam,
De, necə gecələr yandırmayım şam?
Yanımda olmusan ağlamamışam,
Tək necə dəyişim, olum başqa mən?

Məcnuna Leyli ol, Fərhada Şirin,
Könlümdə hər zaman görünsün yerin.
Birlikdə evini yıxaq kədərin,
Tək necə dəyişim, olum başqa mən?

Mən dəniz, sən sevgi adasısansa,
Nigaran ruhumun qidasısansa,
Bu nöqtə ömrümün nidasınsansa,
Tək necə dəyişim, olum başqa mən?

"Paralel.az" 

0.042975902557373