"Mən bacarmadım" - Şəfəq Şərqiyyə Lətifli
Sındırdın qəlbimi, bir şüşə kimi,
Sənə naz etməyi, mən bacarmadım .
Dostluqdan başladıq sirdaşa kimi,
Sənə naz etməyi, mən bacarmadım.
***
İstərdim naz edim, qonşu qızıtək,
Yarına deyirmiş, cəzandı bu, çək ,
Mən səndə görmədim, belə bir istək,
Sənə naz etməyi, mən bacarmadım .
***
Bilirəm, cəzamsan deyir, ürəyin,
Bilmədim, dünyada nəydi, gərəyin?
Nəyini bəyənim, bu cür sevməyin,
Sənə naz etməyi, mən bacarmadım.
***
Pərişan halımı bölməyə gəldin?
Bizi yola salıb, artıq dincəldin?
Keşkə istəsəydin, naz et desəydin,
Sənə naz etməyi, mən bacarmadım .
"Paralel.az"