Dön arada bu yana bax - Məhəmməd Nərimanoğlu

Dön arada bu yana bax - Məhəmməd Nərimanoğlu
 

Gözlərimi yolda qoyan, Dön arada bu yana bax.
Məni məndən yaxşı duyan,
Dön arada bu yana bax.

Əlim qalıb gözüm üstə, Dirsəklənib dizim üstə.
Qoyma qalım üzüm üstə,
Dön arada bu yana bax.

Sən xəyalsan, ya həqiqət,
Qoyma yıxsın bizi möhnət.
Səndə tapım mən sədaqət, Dön arada bu yana bax.

Sən arzusan, diləkmisən,- Göydən enən mələkmisən?! Duyğularla siləymisən, Dön arada bu yana bax!

Hicran uzatmasın əlin,
Qəm duymasın gözün, könlün. Uzaqdırsa oba-elin,
Dön arada bu yana bax.

Nə vaxtdır ki, gəlmir səsin, Bülbül ilə eylə bəhsin. Deyiləmmi doğma kəsin, Dön arada bu yana bax?

"Paralel.az"

0.2583339214325