Gördüm kimin dünyasıymış bu dünya - Sakit İlkin

Gördüm kimin dünyasıymış bu dünya - Sakit İlkin
 

Sapand atdım,o daş dağa dəymədi, Dil qurudu,yaş damağa dəymədi...
Ha çarpışdım,yaşamağa dəymədi,
Gördüm kimin dünyasıymış bu dünya....
***
Ölüm çıxır yaxşıların ovuna,
Mənim könlüm çətin bir də ovuna....
Çox çalışdım,yenə düşdüm toruna,
Gördüm kimin dünyasıymış bu dünya...
***
Bu dünyanın qışı qar yox,dərd yağır,
Ömrə sevinc dost dolanır,dərd...yağı...
Qəgəh-qədəh ürək içir dərd yağı.
Gördüm kimin dünyasıymış bu dünya...
***
Allah bilir bu dünyada tək,nədi...
Mən doldurdum,o boşaltdı təknəmi,
Tək atanı,tək oğulu təklədi,
Ğördüm kimin dünyasıymış bu dünya....
***
Gecə keçir,ulduz səssiz,Ay...sakit,
Ömrün keçir ahu-vayla,say...sakit...
Bu dünyaya belə bağlama,ay SAKİT,
Gördün kimin dünyasıymış,bu dünya...

"Paralel.az"

 

0.22298383712769