ÜRƏYİM - Sevinc Afət- Firudin Behzad

ÜRƏYİM - Sevinc Afət- Firudin Behzad
 

Gözəl şairəmiz Sevinc Afətlə birlikdə,

ÜRƏYİM

- Sevinc Afət ;

Gözlərimdən yaş axıtdın islandım,
Sinəmdə döyündün sənlə yaşlandım,
Cəfalara dözə-dözə daşlandım,
Nə biləydim heç olacaq dəyərim,
Baharı, qısqanma mənə ürəyim !

- Firudin Behzad;

Dəvasını söyləyirəm bilsənə,
Gəl kədərə, gəl qəhərə gər sinə,
Sən üz vermə bu möhnətə, bu qəmə,
Damarına qan olacaq gərəyin,
Baharı, qısqanma mənə ürəyim !

- Sevinc Afət;

De, nə günah etdim düşdüm əlinə,
Namə yazıb verdin səba yelinə,
Mizrabl tərs vurdun könül telinə,
Buzmu tutsun yenə arzu, diləyim ?
Baharı, qısqanma mənə ürəyim !

- Firudin Behzad;

Qoy qısqansın ürəyi dar olana,
Acıqlansın həyası xar olana,
Toxunmasın təbi bahar olana,
Şux eləsin əhvalını bu rəyim,
Baharı, qısqanma mənə ürəyim !

- Sevinc Afət;

Günahlarım sıxır mənim canımı,
Damarımda dayandırır qanımı,
Əda edim mən də oruc payımı,
Getməsin təndirdə gütə çörəyim,
Baharı, qısqanma mənə ürəyim !

- Firudin Behzad;

Yaranışın sonu solğun samandı,
Nasazlara oruc tutmaq haramdı,
Şeriyyatda oruc tutma amandı,
Gül ətirli nəğmənizi görəyin,
Baharı, qısqanma mənə ürəyim !

-Sevinc Afət:

Sevincəm, susdurma dilimi mənim,
Tərsinə darama telimi mənim,
Hələlik buraxma əlimi mənim,
Bilirəm gözləyir məni xərəyim,
Baharı, qısqanma mənə ürəyim !

-Firudin Behzad;

Firudinəm, üz tutmuşam üzə mən,
Narahatlıq vermədim ki, sizə mən?
Vurulmuşam məna yüklü sözə mən,
Söz bağından gözəl güllər dərəyin,
Baharı, qısqanma mənə ürəyim!

"Paralel.az"

0.023252964019775