Orxan Həsənov hakimdir, yoxsa DİN-in vəkili?

Orxan Həsənov hakimdir, yoxsa DİN-in vəkili?
 

Orxan Həsənov hakimdir, yoxsa DİN-in vəkili?

Bir məktubla göndərilən iki  şikayətin DİN-ə qarşı olanı necə “gecikib”?

Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun 8 aylıq süründürməçilikdən sonra DİN-in saxta vəkili və nümayəndəsi (vəkil dövlət orqanının nümayəndəsi ola bilməz, dövlət orqanının nümayəndəsi isə vəkil ), VK-nın intizam komissiyasının üzvü Əlirza Həbilovun qeyri-prosessual basqısı ilə DİN-ə və ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı 1-ci dərəcəli Qarabağ əlilinin iddiasını mümkün saymamasından media bilgi yayıb. Hətta 12.12.2022-ci il tarixli qərardadların 5 günə verilməli olduğu halda, ali dövlət hakimiyyəti orqanlarına çoxsaylı şikayətlərdən sonra 53 günə təqdim edilməsi , təqdim ediləndən sonra verilən apellyasiya şikayətlərinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməməsi kütləvi informasiya vasitələrinin müzakirə mövzusu olmuşdu : Bakı İnzibati Məhkəməsinə ,  hakim Orxan Həsənova hansı qeyri-prosessual göstəriş prosessual qanunvericiliyi tətbiq etməyə mane olur Həsənova? Axı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 86.3 maddəsinə görə, inzibati məhkəmə şikayətin daxil olduğu vaxtdan BEŞ GÜN MÜDDƏTİNDƏ həmin şikayəti mübahisə ilə bağlı işin materialları ilə birlikdə müvafiq apellyasiya instansiyasına göndərməlidir. Orxan Həsənov isə 08.02.2023-cü ildə verilən şikayət(lər)i Bakı Apellyasiya Məhkəməsinə bir aydan sonra göndərib.

24 mart 2023-cü ildə iddiaçı Qarabağ əlili Bakı ApellyasiyaMəhkəməsinin iki bildiriş məktubunu alıb. ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı apellyasiya şikayətinə 02.05.2023-cü ildə şifahi məhkəmə baxışında baxılacağı , DİN-ə qarşı apellyasiyaşikayəti üzrə isə şikayətin mümkünlüyünə baxılacağı bildirilib. Belə çıxır , BİR MƏKTUBLA BAKI İNZİBATİ MƏHKƏMƏSİNƏ GÖNDƏRİLƏN İKİ APELLYASİYA ŞİKAYƏTİNİN DİN-Ə QARŞI OLANI “VAXTINDA ÇATMAYIB, GECİKİB”! (??) Məhkəmə deyil e, məzhəkədir, məzhəkə! Heç demə, eyni məktubun içindəki 2şikayətin biri sürətli poçtla gedib, o biri “hava şəraiti ilə əlaqədar” gecikib. Məhkəmə təminatı hüququna başqa məzhəkə fikirləşmək olmazdı?

İndi iddiaçı Qarabağ qazisi 12 aprel 2023-cü ilə kimi şikayəti vaxtında göndərməyini sübut etməlidir. Yoxsa apellyasiyaşikayəti mümkün sayılmayacaq. Artıq sübut elektron qaydada məhkəməyə təqdim edilib. Sübut – bir məktubla göndərilən iki şikayətin birinin vaxtında çatması, digərinin gecikməsi haqqında Bakı İnzibati Məhkəməsinin cavabdehlərə növbəti “hüquqi yardımı” - vəkillik etməsidir.

Məğrur Bədəlsoy

0.016845941543579