Kamran Əliyev: “Tərtər işi” ilə bağlı istintaq davam edir"

Kamran Əliyev: “Tərtər işi” ilə bağlı istintaq davam edir
 

““Tərtər işi” ilə bağlı istintaq davam edir. Kifayət qədər humanistləşmə istiqamətində də addımlar atılıb. Digər istintaq hərəkətləri də həyata keçirilir. Vaxtaşırı cəmiyyət istintaqın gedişatı barədə məlumatlandırılır”.

Paralel.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Real TV-yə müsahibəsində deyib.

“Çox təəssüflər olsun ki, bəzi şəxslər bu işdən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər. Bu işi daim gündəmdə saxlamaqla bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. İnsanları hisləri ilə, emosiyaları ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”, - K.Əliyev bildirib.

0.019895076751709