“Allah balamın simasında bütün balaları xoşbəxt etsin” - Lalə Azərtaş
Aparıcı Lalə Azərtaş qızı ilə bağlı paylaşım edib.
Lalə övladının fotosunu paylaşaraq bunları yazıb:
“Həyatın mənası desələr, onu göstərərəm… Arzun desələr, işarət barmağım yenə ona yönələr… İlkim yenə o özüdür ki, var… Sevgim bütövü odur… Şükür səbəbimin ən böyüyü odur… Ana kimi müqəddəs adı onun sayəsində qazandım. Üzümün gülüşü ondan qaynaqlanar. Həyatın al-əlavən rəngi onda cəmləşib. Əvvəlim və sonum heç şübhəsiz odur. Ruzi -bərəkətim onunla çoxalıb. Hər şeyin ən yaxşısı ona yönəlib. Mütləq olacaq yaradanın izniylə bunu da o edəcək… Bir sözlə hamı, hər şey o… O 18 yaşına qədəm basır. Sağlıqlı, hüzurlu, sevgi dolu davam et. Sənlə bağlı xəyallarımı realıqda yaşa! Xoşbəxt ol! Allah balamın simasında bütün balaları xoşbəxt etsin”.