İranda çəkdiyi kinoya görə rejissor 8 il həbs edilib

İranda çəkdiyi kinoya görə rejissor 8 il həbs edilib
 

İran məhkəməsi kinorejissor Məhəmməd Rəsulof (Rəsulov) barəsin 8 il həbs etmək barədə qərar çıxarmaqla yanaşı, cərimə və əmlakı müsadirə etmək barədə qərar verib.

Bu barədə "France-Presse" (AFP) rejissorun vəkilinə istinadən məlumat yayıb.

Bildirilir ki, həbs Rəsulovun “Müqəddəs Əncirin Toxumu” (2024) filmi Kann Film Festivalı üçün seçildikdən sonra baş verir.

Vəkil bildirib ki, məhkəmə Rəsulofun film çəkdiyi üçün həbs cəzasına məhkum edib. Məhkəmənin iddiasına görə, rejissor çəkdiyi filmlə “ölkənin təhlükəsizliyinə qarşı cinayət törətmək”də ittiham olunub.

 

 

0.015312194824219