Bəy toydan 12 gün sonra şok yaşadı

Bəy toydan 12 gün sonra şok yaşadı
 

İndoneziyada yeni evlənən 26 yaşlı bəy həyatının şokunu yaşayıb.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, yerli mətbuatda adı A.K. olaraq qeyd edilən şəxs internetdə tanış olduğu biri ilə üz-üzə görüşüb və ona aşiq olub.

Bir neçə görüşdən sonra evlənməyə qərar verən A.K nişanlısının  qəribə davranışlarına məna verə bilməsə də, vəziyyətdən şübhələnməyib.

Özünü Adinda Kanza Azzahra kimi təqdim edən gənc hər zaman üzünü örtüklə gizlədib, anasının ölümünü əsas gətirərək, rəsmi nikaha qarşı çıxıb.

Evləndikdən sonra da "qadın" əri ilə cinsi münasibətdə olmaqdan qaçıb, çölə çıxmayıb.
Bəyin ailəsi şübhələnərək gəlini araşdırıb və onun əslində, kişi olduğunu öyrənib.

Toydan 12 gün sonra həqiqətin üzə çıxması ilə bəy evləndiyi şəxsi polisə şikayət edib.
Əsl kimliyi üzə çıxan saxta gəlin məqsədinin "ailə qurduğu" gəncdən pul almaq olduğunu etiraf edib.

Dələduzluqda ittiham olunan şəxs 4 ilədək azadlıqdan məhrum edilə bilər.

 

 

 

0.019947052001953