Paşinyandan xüsusi göstəriş: Kəndlərimizdən başlayan proses böyüyür?

Paşinyandan xüsusi göstəriş: Kəndlərimizdən başlayan proses böyüyür?
 

Bu gün İrəvanda gözlənilən nümayiş hakimiyyətin dincliyini pozub.

Paralel.az xəbər verir ki, bunu Ermənistanın “Joxovurd” qəzeti yazır.

Qeyd olunur ki, hakim partiya üzvlərinə “aksiyada neçə nəfərin iştirak etdiyini, kimlərin iştirak etdiyini, ictimai əhval-ruhiyyənin necə olduğunu və təbliğat meydanında onu necə korlamağı diqqətlə izləmək” tapşırılıb.

Səlahiyyətlilər hesab edirlər ki, bu hərəkətlər "qartopu effekti" yarada və yavaş-yavaş “onların qondarma "məxməri inqilab"ı zamanı baş verdiyi kimi sürət qazanmağa başlaya bilər”.

Eyni zamanda, Ermənistan Milli Təhlükəsizlik Xidməti Tavuş vilayətindən İrəvana yürüş iştirakçılarını qanuna əməl etməyə çağırıb və qeyd edib ki, “hər hansı qanunsuz hərəkətlər bütün hüquqi vasitələrlə zərərsizləşdiriləcək”.

 

0.020343065261841