Növbəti həftə daha 4 rayonda “Açıq mikrofon” qurulacaq

Növbəti həftə daha 4 rayonda “Açıq mikrofon” qurulacaq
 

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir.

"Paralel.az" xəbər verir ki, növbəti həftə ( 20-21.02.2023 və 23-24.02.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin:

1-ci günü saat 11:00-dan 12:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi),

2-ci günü saat 13:00-14:00-a dək Ucar rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı),

4-cü günü saat 11:00-dan 12:00-dək Kürdəmir rayonunda (Heydər Əliyev Parkı),

5-ci günü saat 11:00-dan 12:00-dək isə Qobustan rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

0.016052007675171