İdris Abbasov: "Anbara daraşmış siçovulları gəbərdirlər..."

İdris Abbasov:
 

 

 

ƏLİ RÜŞVƏTƏ BATMIŞ HEÇ BİR ALİM, AKADEMİK ELM VƏ TƏHSİL MÜƏSSİSƏSİNƏ RƏHBƏR GƏTİRİLMƏMƏLİDİR

Anbara daraşmış siçovulları gəbərdirlər, çünki zərurətdir. Bəs bir dövləti zəiflədib vətəndaşlarını dilənçi edən büdcə siçovullarını niyə gəbərtmirlər? Dövlətin və xalqın qeyrətini çəkənlər onları "of" demədən gəbərtməli, yəni qanunun ən sərt sifəti ilə cəzalandırmalıdırlar. Ən sərt tədbirlər görülməsə - nə qədər oğurluq milyonlarımız, mülklərimiz olsa da - rüşvət və korrupsiyanın ağuşunda bir xalq və dövlət kimi mövcudolma dayanıqlığımızı itirəcəyik 

Əli rüşvətə batmış heç bir alim, müəllim, həkim, mühəndis, akademik və s. elm və təhsil müəssisəsinə rəhbər gətirilməməlidir. Gətiriləcəksə, deməli, sonu görünməyən zülmətin yeni ölümcül mərhələsinə qədəm qoyacağıq. 

PS. Rüşvət çirkabından su içən siçovulları müəyyən etmək 2x2 qədər asandır.

Paralel.az

0.020824909210205