Qandi qorxularını necə məğlub etdi?

Qandi qorxularını necə məğlub etdi?
 

Siracəddin Hacı yazır…

- Qandi qorxaq, utancaq, ürkək, nə deyərlər qorxusu ilə yaşayan uşaq idi, əlaqə qurmağa, dərs danışmağa, sual verməyə, özünü ifadəyə çətinlik çəkirdi, qızarır, tərləyir, əli-ayağı titrəyirdi. Məktəbdən evə gedəndə sürətlə qaçırdı ki, kimsə onu görməsin. Sonra universitetdə oxudu, eyni duyğuları daşıdı, vəkil oldu, savadlı olsa da, vəkili olduğu insanın haqlarını qoruya bilmədi, dili dolaşdı, ona güldülər, ələ saldılar, fitə basdılar. Qandi o qədər sıxıldı ki, yaşadığı şəhəri tərk etmək qərarına gəldi, bu insanlardan qurtulmaq istədi. Vaqona mindi, vaqonda ağ insan dedi ki, bu qara, çirkin hindli ilə eyni vaqonda getmək istəmirəm, nəzarətçini çağırdı, Qandini vaqondan qovdu. Qandi hara getsə, bu insanlarla üzləşdi, yaxasını onlardan qurtara bilmədi, çox düşündü, həyatını kökündən dəyişdirəcək bu nəticələri çıxartdı:
- QAÇIŞ YOXDUR – mənfi enerjili, ələ salan, aşağılayan, enerjini əlindən alan insanlar hər yerdə var, olacaq. Başqalarına görə, nə deyərlər qorxusu ilə yaşamaq insanı meymuna çevirər, hamını susdura bilməzsən, nəzarət edə bilməyəcəyi şeylərə nəzarət etmək istəyi/cəhdi insanı yeyər, bitirər, ruhi xəstəyə çevirər;
- Qorxduğun şeydən qaçmaq qorxunu böyüdər, qorxu böyüdükcə insanın rahat yaşamaq imkanı azalar, qorxunu məğlub etməyin yolu qaçmaq deyil, üstünə getməkdir, qorxu güclü deyil, onu sənin qorxuların gücləndirir;
- Çıxış yolu dirənişdir, qorxularınla üzləş, atəş olan qorxularını əlinlə tut, onlara toxun, tutsan, atəş sönəcək, qorxu azalacaq, səndən qaçacaq;
- Qorxu anlayışını dəyişən Qandi xalqının azadlıq mübarizəsinin lideri oldu, təcrübəsi bizə deyir ki:
- Danışmaqdan qorxursansa, danış;
- Səhnədən qorxursansa, səhnəyə çıx;
- Əlaqə qurmaqdan qorxursansa, əlaqə qur;
- Sual verməkdən qorxursansa, sual ver;
- Nədən qorxursansa, onun üstünə get;

Paralel.az

0.023077011108398