Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 


Ermənistan Azərbaycan hakimiyyətinin səhvlərindən istifadə edir

- Laçın koridoru Ermənistanla Qarabağ ermənilərini bir-birinə bağlayır. Bu bağlantıya icazə vermək yanlış idi;
- Bu yolun koridor statusu qazanmasına razılaşmaq yanlış idi;
- Laçın koridorunun beş kilometr olmasını qəbul etmək yanlış idi;
- Bu koridora nəzarət işini işğalçı rus ordusuna tapşırmaq yanlış idi;
- O koridorda Azərbaycan əsgərinin olmasını təmin etməmək yanlış idi;
- Koridora türk əsgərinin gəlməsinə çalışmamaq yanlış idi;
- Laçın koridorunun statusu ilə Zəngəzur yolunun statusunun eyniləşdirilməməsi yanlış idi;
- Məğlub olan Ermənistanın Baş naziri Azərbaycan hakimiyyətinin bu yanlış addımlarından istifadə edir, deyir ki, koridor Ermənistanın qırmızı xəttidir, bircə koridor var, onun da adı Laçındır;
- Biz Azərbaycana koridor deyil, yol verəcəyik;
- Ermənistan hakimiyyətinə bağlı qəzetlər də bu yolun detallarını açıqlayır: Azərbaycandan Naxçıvana (və əksinə) daşınan yük və sərnişinləri öncə rus sərhədçiləri, sonra Ermənistan gömrük xidmətinin əsgərləri yoxlayacaq, sonra Ermənistanın sərhəd xidmətinə bağlı xüsusi qrup onları müşayiət edəcək, bu qrupun içərisində ən azı bir nəfər rus zabiti də olacaq;
- Sınırı olmayan, sınırlarını qorumayan insana və dövlətə kimsə sayğı duymaz;
- Laçın koridoru olmasa idi, Qarabağda erməni qalmazdı;
- Azərbaycan Paşinyanın aşağılayıcı sözlərindən qurtarmaq, sınırlarına sahib olmaq üçün ağır bədəllər ödəyəcək;

Paralel.az

0.11742520332336