Arzu Rəhimovun "hərbi çağırış, təmir və rüşvət biznesi" genişlənir - Araşdırma

Arzu Rəhimovun
 

Xalq Arzu Rəhimovun rüşvət və korrupsiyası barədə nağıllar danışır

Azərbaycanda hamı bilir ki, SHXÇDX-nin rəisi Arzu Rəhimov "hərbi çağırış biznesi"ndən ildə 4 dəfə "məhsul" götürür. Prosesin içində olan mənbədən aldığımız məlumata görə, xidmət rəisi hər çağırış mövsümüdə milyonlar qazanır. Daxil olan digər xəbərə görə, hər bir rayon xidmət rəisi A. Rəhimova müəyyən edilmiş hesab verir.

A. Rəhimov rəhbərlik etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baş verən qanun pozuntuları davamlı olaraq ölkə mediasında işıqlanır. Buna baxmayaraq, Xidmətdə baş alıb gedən rüşvət və korrpsiyanın qarşısını almaq üçün nə Arzu Rəhimov özü, nə də hökumət tədbir görmür. Hiss olunur ki, sanki ortada gizli razılaşma var.

Görünür, mövcud durum xidmət rəisinin və yuxarıların da maraqlarına tam cavab verir. Hamı bilir ki, Arzu Rəhimov vəzifəyə təyin olunduqdan sonra, qurumun bütün maliyyə əməliyyatlarına özü şəxsən nəzarət edir.

Azərbaycan SHXÇDX-də “neqoden” bilet biznesi və digər korrupsiya əməliyyatları Arzu Rəhimovun şəxsi inhisarındadır. Bu isə rəisə milyonlar qazanmaq, "qaz virub, qazan doldirmaq" imkanı yaradıb.

Saytımızın poçtuna daxil olan məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin general - polkovniki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov 44 gün davam edən müharibə dövründə məmurlardan, oliqarxlardan, biznesmenlərdən və imkanlı adamlardan külli miqdarda rüşvət alaraq, onların övladlarını hərbi çağırışdan gizlətdi, bir qrupunu döyüş bölgəsindən kənar hərbi hissədə saxladı, digər hissəsini "koronovirusa yoluxub" bəhənəsilə döyüşdən yayındırdı.

Övladları müharibədə döyüşüb şəhid və əlil olmuş əsgərlərin valideynlərindən daxil olan məlumatlarda qeyd olunur ki, ölkənin bütün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbələrindən bir nəfər də olsun vəzifəli, imkanlı və biznesmen adamların övladı müharibədə iştirak etməyib.

Bu faktlardan nəticə belə çıxarırıq ki, Ermənistanla Azərbaycan arasında müharibə şəraitində keçmiş son 30 il ərzində onminlərlə şəhid və qazi arasında irili-xırdalı nə məmur, nə deputat, nə də bir nəfər imkanlı adamın övladı yoxdur!!!

Bax, buyurun, bu da sizlərə Azərbaycanda fəaliyyət göstərən SHXÇDX rəhbəri A. Rəhimovun millətə və dövlətə qarşı göstərdiyi "vicdansızlığın" acı reallığı!!!

Mətbuat üzərindən əldə etdiyimiz məlumata görə, Arzu Rəhimov hərbi komissarlığa verilən bütün xidməti uniformaları satır. Dövlət tərəfindən komissarlıq işçiləri üçün pulsuz paylanılan uniformalar Arzu Rəhimov əməkdaşlara pulla satır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən böyük gəlir əldə edir.

Amma qeyri-rəsmi həyata keçirilən bu əməliyyata görə, rəislərdən heç kəs yuxarılara şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər, "neqoden" biletlərindən qazandığı 4-5 min manat və çağırışdan əldə etdiyi külli miqdarda rüşvət mənbəyini itirər.

Arzu Rəhimovun uniformalarla yanaşı, komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia deyilir. Deyilənə görə, Xidmət rəisi regionlarda komissarlıqların təmir və yenidənqurulması işlərinin xərcini komissarların boynuna qoyur. Dövlət büdcəsindən xidmətin binalarının təmirinə kifayət qədər vəsait ayrılmasına baxmayaraq, həmin pul təmirə sərf olunmur, Arzu Rəhimov tərəfindən mənimsənilir.

İddialara görə, Arzu Rəhimov təmirə ayrılan maliyyəni mənimsəyir və təmiri xidmət rəislərinin öz hesabına aparmağa məcbur edir. Bu cari təmir və tikinti işləri bütün ölkə boyu hər il təkrar olur.

Dövlət Xidmətinin rayon şöbəsinin rəislərindən biri cibindən (yığdığı rüşvətdən) təmirə 120 min manat pul xərclədiyini yaxınlarına deyib.
Hətta o, yaxın çevrəsinə danışıb ki, bunun üçün evini satmağa məcbur olub.

Generalın "uniforma və komissarlıq binalarının təmiri" biznesi onun böyük var-dövlət sahibinə və oliqarxa çevrilib, Arzu Rəhimov hərbi sahədə sıradan məmur deyil, milyarder oliqarxa çevrilib.

Bakı şəhəri Nərimanov rayon Teymur Əliyev küçəsində, Ukrayna Respublikasının ölkəmizdəki səfirliyi yaxınlığında yerləşən Arzu Rəhimova məxsus olan çoxsaylı və bir neçə milyonluq malikanələrdən biri olan bina generalın əmək haqqı ilə alınmayın, Arzu Rəhimovun vəzifədə topladığı milyonlarla rüşvət və korrupsiya ilə qazanıb.

Arzu Rəhimovun ölkə daxilində və xaricdə böyük biznes şəbəkəsinə malik olduğu barədə mediada çoxsaylı məlumat və materiallar dərc olunur. Lakin nədənsə, bu materiallar dövlətin hüquq-mühafizə orqanları tərəfindən yoxlanmır, generalın rüşvət və korrupsiya hesabına qazandığı milyonlar alınıb, geri dövlətə qaytarılmır.

Güman edirik ki, günlərin birində 
Azərbaycan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində də DTX tərəfindən əməliyyat keçiriləcək və Arzu Rəhimovun biznesinin rüşvət və korrupsiya ilə qidalanan mənbəyi kəsiləcək...

Mirdaməd

0.018399953842163