"Azəriqaz" növbəti "Açıq mikrafon" keçirəcək - Elan
Əziz dostlar!
Birlik rəhbərliyi artıq həftədə 2 dəfə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüş keçirəcək.
Növbəti aksiya Nəsimi rayonunda təşkil olunacaq.
"Azəriqaz" İB-nin rəhbər şəxsləri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsində (BRQSD-nın Nəsimi rayonu üzrə xidmət sahəsi ilə üzbəüz) baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
“Səyyar qəbul otağı” aprelin 7-də saat 11:00-dan 13:00-a sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
"Azəriqaz" mətbuat xidməti