Bir universitetdə ki ayaqqabı, kartof, ət, alma, paltar satan  kafedraya rəhbərlik edir...

Bir universitetdə ki ayaqqabı, kartof, ət, alma, paltar satan  kafedraya rəhbərlik edir...
 



Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup tələbəsi adından ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciətdə bir sıra ittihamlar yer alıb. Paralel.az DİA.AZ-a daxil olan müraciətin rektora xitab olunan bəzi hissələrini təqdim edir:
"Rektor İbrahim Cəfərov, bu şəxslərin Universitetdə çalışması belə, Azərbaycan Dövlət Aqrar Universitetinə hörmətsizlikdir, təhqirdir. Siz bununla minlərlə Aqrar Universitetin biz məzunlarını və tələbələrini təhqir edirsiniz. Siz bu şəxslərlə, bu kadrlarla hansı təhsildən danışa bilərsiniz? Aydın İsayev magistraturada şöbə müdiri olanda belə, tələbələrin gündəlik “qayıb”larını sayaraq rüşvət alırdı. Magistrləri aylığa buraxırdı. Onun adi savadı belə yoxdur. Siz onu şöbə müdirliyindən çıxaranda sevindik. İndi eşidirik ki, sizə küllü miqdarda pul verib və ixtisası uyğun olmayan böyük bir kafedraya müdir təyin olunub. O, bizə "Texniki təminat", "Traktorlar və avtomobillər" fənnini belə, tədris edə bilmirdi. Üzündən oxuyub bəzi şeylər yazdırırdı,yazdırdığından heç özünün başı çıxmırdı, ancaq yekunda pulumuzu alırdı.
Sual olunur, siz onu hansı savadına görə ixtisası ayrı olan kafedraya müdir təyin etmisiniz? “O olmasın, bu olsun”dakı kimi, onun ancaq puluna və dayısına görəmi?
Ayaz Həsənov da 80-ci illərin köhnə kurs layihələrini  bizə 60 manata satırdı. Belə ki, o, keçmiş dövrlərin kolxoz və sovxozları üçün nəzərdə tutulan köhnə təmir emalatxanasının və maşın-traktor parkının sxemlərini satırdı. Biz deyəndə ki, bizim müəllimimiz, kurs işi rəhbərimiz kimdir? Deyirdi ki, hamısını özüm həll edirəm.
Bu gün biz məzunları heç bir yerə işə götürmək istəmirlər. Zor-bəla ilə öz qabiliyyətimizə görə işə girə bilirik. Bir qrupumuz da biznes ilə məşğul olur. Universitetdə artıq yeniliklər etmək lazımdır. Bu gün kənardan bizim Universiteti tanımırlar.
Hörmətli prezidentimiz Aqrar Universitetə böyük maraq göstərir. Lakin İbrahim müəllim ancaq özünə maraq göstərir. Çünki pulu ancaq bu kimi alverçi, tacir müdirlərdən almaq olar.

Bu gün təhsil alan tələbələr də universitetdə olan dərsdən narazıdırlar. Hətta III kurs tələbələrinin əksəriyyətindən Aydın İsayev kurs işinə görə 70 manat alıb. Burda maddi maraq çərçivəsində istənilən qiyməti almaq və aylarla dərsə gəlməmək də olar. Bununla yanaşı, universitetdə hamı bilir ki, İbrahim müəllimdən çoxları qorxur. Ona nazirlik də söz deyə bilmir. Ona görə də istədiyi adamı təhqir edir, istədiyi adamı aşağılayır və istədiyi rüşvəti də alır.
Bir universitetdə ki, ayaqqabı satan, kartof satan, ət satan, dovğa satan, alma satan və paltar satan kadrlar kafedraya – təhsilə və elmə rəhbərlik edir, onda buradan heç nə gözləyə bilmərik. Çünki yaxın gələcəkdə də bu şəxslər elmlər doktoru, professor olacaq.
Bir anlığa təsəvvür edin: Ayaz Həsənov mətbuatda deyilən kimi, əlavə dil bilmir, kompüterdən başı çıxmır, elektron resurs tanımır, lakin müdafiə edib professor olacaq və kurs işini daha baha qiymətə satacaq. Çünki onu ancaq satmaq, alver maraqlandırır. Biz bu şəxsləri yaxşı tanıyırıq. Rektora da onlar xeyir verə bilir.
Belə ədalətsizliyin, saxtakarlığın qarşısı alınmalıdır. Hamı bilir ki, rektor İbrahim Cəfərovun bir amalı var. Kimin pulu çoxdur, yalnız o, kafedra müdiri və ya digər vəzifədə ola bilər.
Biz ölkə rəhbəri hörmətli Prezidentimizdən, kənd təsərrüfatı nazirimizdən xahiş edirik təcili tədbir görsünlər, yoxsa bu gün buraxılacaq kadr siyasəti üzrə səhvliklər bu universiteti məhvə aparacaq. Bunu da bərpa etmək üçün ən azı 10-15 il vaxt lazım olacaq”.
Paralel.az

0.025788068771362