COP29 çərçivəsində "Azərsun Holdinq" və KOBİA arasında memorandum imzalanıb

COP29 çərçivəsində
 

Noyabrın 22-də “Azərsun Holdinq” ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında mühüm tərəfdaşlıq memorandumu imzalanıb. 

Bu əməkdaşlıq çərçivəsində “KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmaq barədə razılıq əldə olunub.

Memorandum COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilir.

İmzalanma mərasimində KOBİA-nı İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərsun Holdinq”i isə Müşahidə Şurasının sədri Abdolbari Gozal təmsil edib.

Memorandumun məqsədi iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq sahəsində əməkdaşlıq və birgə fəaliyyəti təşviq etməkdir. 

Tərəflər ətraf mühitin sağlamlaşdırılması, maarifləndirmə və davamlı inkişaf istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

“Azərsun Holdinq” uzun illərdir iqlim dəyişikliklərinə qarşı mübarizə, sağlam ekologiya və yaşıl iqtisadiyyatın inkişafı naminə ardıcıl addımlar atır.

Bu memorandum vasitəsilə şirkət öz öhdəliklərini bir daha təsdiq edir və KOBİA ilə birlikdə davamlı gələcək üçün yeni təşəbbüslərə imza atmağı planlaşdırır.

0.021269798278809