2025-ci ildə dünyada getməməli olduğunuz 15 yer - SİYAHI

2025-ci ildə dünyada getməməli olduğunuz 15 yer - SİYAHI
 

Artıq bir çox nüfuzlu səyahət resursları 2025-ci ildə ziyarət edilməli olan istiqamətlərin siyahısını təqdim edib. Ancaq indi müxtəlif səbəblərə görə səfərlərdən imtina etməyin daha yaxşı olduğu yerlər haqqında danışmaq vaxtıdır.

Paralel.az Qaynarinfo-ya istinadən xəbər verir ki, səyahət nəşriyyatçısı "Fodor's"un mütəxəssisləri öz populyarlıqlarının ağırlığı altında çökən və ziyarətçilərin fasiləsinə ehtiyacı olan heyrətamiz turizm istiqamətlərinə diqqət yetirən "No List 2025"i dərc ediblər. 

Siyahını tərtib edən mütəxəssislər vurğulayırlar ki, onlar heç bir şəkildə bu heyranedici yerləri boykot etməyə çağırmırlar, əksinə onların üzləşdikləri problemlərə diqqəti cəlb etmək və yerli hakimiyyət orqanlarını hərəkətə keçməyə, turistləri isə məsuliyyət daşımağa təşviq etmək istəyirlər.

Eyni zamanda, siyahı şərti olaraq iki kateqoriyaya - həddindən artıq turizmdən uzun müddət əziyyət çəkən, lakin vəziyyət heç bir şəkildə düzəlməyən yerlər və çoxlu qonaq qəbul etməyin fəsadlarını yenicə hiss etməyə başlayan yerlərə bölünüb. Bura daha çox zibil, yerli sakinlərin mənzil problemi, tarixi abidələrin zədələnməsi və s. daxildir.

Həddindən artıq turizmin uzunmüddətli qurbanları:

Bali, İndoneziya

Barselona, ​​İspaniya

Mayorka, İspaniya

Kanar adaları, İspaniya

Venesiya, İtaliya

Lissabon, Portuqaliya

Samui adası, Tayland

Everest dağı, Nepal

Turist axınından əziyyət çəkməyə başlayan istiqamətlər:

Agrigento, Siciliya, İtaliya

Britaniya Vircin Adaları

Kerala, Hindistan

Kyoto, Yaponiya

Tokio, Yaponiya

Oaxaka, Meksika

Şimal Sahili marşrutu 500, Şotlandiya

 

0.072815895080566