MİDA hər bir iddiaçının onlayn satış prosesini özündə əks etdirən log faylları açıqlayacaqmı?

MİDA hər bir iddiaçının onlayn satış prosesini özündə əks etdirən log faylları açıqlayacaqmı?
 


Osman Gündüz:
"Sonuncu onlayn satışdan sonra MİDA rəsmi olaraq iki məlumat paylaşıb.
Birincisi hansısa, elə də ictimai əhəmiyyət kəsb etməyən press relizdir, digəri isə satışla bağlı statistikadır.
MİDA-nın rəsmi statistikası, ötən gün də bu haqda qeyd etmişdim ki, sosial mediadakı narazılıqlar və mənzil seçimi ilə bağlı 2-3-4-5 saniyə məsələləri ilə uzlaşmır. MİDA deyir ki, mənzil seçimi 6-cı saniyədən sonra başlayıb. Bir çoxları isə iddia edir ki, 2-3-4-5 saniyə ərzində sistemə daxil olub, lakin seçim üçün mənzillər tapmayıb.
Bu baxımdan , düşünürəm ki MİDA-nın rəsmi statistikadakılar və irəli sürülən iddialara aydınlıq gətirməsi doğru olardı.
Bununla bağlı daha ətraflı data açıqlanmalıdır.
Eyni zamanda bir daha vurğulamaq istərdik ki, MİDA hər bir iddiaçının satışla bağlı real vəziyyətini əks etdirən log faylları açıqlamalı, botlarla bağlı məsələyə aydınlıq gətirməli, "Güzəştli mənzil " sisteminin botlara qarşı nə dərəcədə güvənli olmasına ağlabatan bir açıqlama verməli, ümumiyyətlə ictimai əhəmiyyət kəsb edən bütün məlumatları açıqlamalıdır.
MİDA-nın ötən gün baş tutan onlayn satışı ilə bağlı cəmiyyəti narahat edən xeyli məsələlər var ki, hələlik onların müəyyən hissəsinə aydınlıq gətirilməyib.
Ümid edirəm , MİDA daha təfsilatlı açıqlamalar verəcək."
Paralel.az

0.65794992446899