"Comedy Club" haqda xəbərlər yalan çıxdı
TNT kanalında yayımlanan "Comedy Club" yumoristik teleşousunun bağlanması haqda xəbərlər yalan çıxıb.
Paralel.az Axşam.az-a istinadla xəbər verir ki, layihənin artıq yayımlanmayacağı ilə bağlı məlumatlar şounun kreativ prodüseri və aktyoru Qarik Xarlamovun zarafatı olduğu üzə çıxıb.
Sentyabrın 20-də televiziyada nümayiş olunan şou zamanı Xarlamov bunları deyib:
"Əziz dostlar, bu gün sizə həqiqətən vacib xəbəri deyirik. "Comedy Club" bağlandığını təsdiq edirik. Əlvida köhnə "Comedy Club". Salam, "Comedy Club"un yeni 20-ci mövsümü”.
Qeyd edək ki, layihənin prodüseri Pavel Rudçenko əsas aktyor heyətinin şoudan ayrıldığı üçün bağlandığını bildirmişdi. Şou 19 ildir sözügedən telekanalda yayımlanır.