Ukrayna Qərbdən "Gripen" və "Eurofighter" ala bilər

Ukrayna Qərbdən
 

Ukrayna Qərbdən daha iki növ qırıcı - "Gripen" və "Eurofighter" almağı planlaşdırır.

Paralel.az xəbər verir ki, bu barədə telemarafonda çıxış edən Ukraynanın müdafiə naziri Rüstəm Umerov məlumat verib.

"Gripen" və "Eurofighter" ilə bağlı məsləhətləşmələr davam edir", - o bildirib.

Umerovun sözlərinə görə, bu danışıqların nəticələri tezliklə məlum olacaq.

Nazir, həmçinin xatırladıb ki, Qərb müttəfiqləri ABŞ-nin F-16 və Fransanın "Mirage-2000" qırıcılarını Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcəklər. Umerov əlavə edib ki, F-16-ların tədarükü üzrə öhdəliklər qismən yerinə yetirilib.

 

0.015515089035034