Bir həftə əvvəl vəzifəyə təyin edildi, polislər evində axtarış apardılar

Bir həftə əvvəl vəzifəyə təyin edildi, polislər evində axtarış apardılar
 

Bir həftə əvvəl Nyu-York şəhərinin polis komissarı vəzifəsinə təyin edilən Tomas Donlonun evində axtarış aparılıb.

Paralel.az ” xəbər verir ki, Donlon özü bu məlumatı “CBS News”a təsdiqləyib.

“Federal səlahiyyətlilər evlərimdə axtarış aparılması barədə qərar əldə ediblər. Təxminən 20 il əvvəl mənim əlimə keçən və Nyu-York Polis Departamentindəki işimlə bağlı olmayan materialları müsadirə ediblər”, - deyə o qeyd edib.

Qeyd edək ki, Donlon FTB-nin Milli Təhdid Mərkəzinə, eləcə də Nyu-York şəhərinin Daxili Təhlükəsizlik Departamentinə rəhbərlik edib. O, 1993-cü ildə Dünya Ticarət Mərkəzinə və 1998-ci ildə Amerikanın Afrikadakı səfirliklərinə edilən terror hücumlarının araşdırılmasında iştirak edib.

 

0.018529176712036