Batı ölkəmizdə doğmaya çevrilmişdir
Yasəmən Qaraqoyunlu:
"Bəli. Biz Qərbi tənqid edirik. (Bu Rusiya kimi işğalçı ölkəni müdafiə etmək anlamına gəlməz). Qərbi tənqid etmək demokratiyanı tənqid etmək kimi anlaşılmamalı. Biz demokratiyanı müdafiə edirik, lakin qərbin irqçi, imperialist işğalçı siyasətini tənqid edirik. Qərb dünyası ədalətin və həqiqətin simvolu deyil. Qərb dünyası -Qeyri Qərb dünyasını (bölgü Hantinqtona məxsusdur) əzir. Biz bunu tənqid edirik. Dostlarım Qərbi tənqid etməyi diktatorları müdafiə etmək kimi yozmağa çalışırlar. Bu nə saçmalıqdır? Biz diktatorları müdafiə etmirik. Lənətləyirik. Demokratik düzəni alqışlayırıq. Lakin biz sömürgəçi imperialist Qərb düzənini tənqid edirik.
Qərbi Qərb alimləri özləri də tənqid edirlər. Məsələn Bjezinski bir müsahibəsində deyir. Qərbin Hedonist istehlakçı kültürü çökəcəkdir. Bu hedonist kültür sistemi əxlaqi sistemlərlə qarşılaşdıqda yeniləcəkdir. Qərbi elə Qərb alimləri tənqid edir. Yüzlərlə belə düşünən tədqiqatçılar var. Məsələn F. Kapra yazır. Batı kültürü təbiətlə insan arasındakı ilişkini qopardı və yer üzünə ekoloji fəlakət gətirdi. Batı Təbiətlə harmoniya quran Daosizmə və ya Şamanuzmə yönəlməlidir və.s. F.Kapranı, O.Şpenqleri oxusanız Batıya doqma kimi yanaşmazsınız. Amerikan diplomatı, Klintonun iqtisadi müşaviri C. Stiqles Amerikanın yeritdiyi siyasəti, Dünya Bankında, Dünya Ticarət Təşkilatında, Beynəlxalq Valyuta Fondunda, BMT də milyardlarla insanlara zərbə vuran qeyri insani siyasətini necə də ifşa edir. Amerika alimi Vil Dürant Batının göylərə qaldırdığı Ellin mədəniyyəti obrazının puç bir əfsanə olduğunu yazır, yunanlar mədəniyyət yaratmadılar, doğudan ödünc aldılar deyir. Batılılar günəş doğudan doğdu deyir. Germanlar Romanı işğal edənə qədər barbardı, biz türklər isə o çağlarda böyük dövlət, mədəniyyət qurmuşduq deyirəm. Demək istəyirəm ki, Heç bir sistem, kültür doqma deyildir. O cümlədən də Batı. Biz Batının bizə vurduğu tarixi zərbələri anlatmaq istəyirik. Osmanlını, Qacarları, Baburları Batı Rusiya ilə birləşərək, bərabərcə yendilər, paylaştılar. Biz İkisi ilə də savaşdıq. İkisi də bizə düşmən.
Nə isə. Bunlar böyük konular. Facebookda müzakirə ediləcək konular deyil.
Bəs biz nəyi tənqid edirik?
Batı sistemi nəticəsində
Yer üzünün kiçik bir hissəsində (ABD-AB) cənnət yaradılmışdır. Yer üzünün bütün qalan hissəsi bu cənnətin yaşaması üçün cəhənnəmə çevrilmişdir. Biz də o cəhənnəmin içindəyik. Bu sömürü düzənini, bu ədalətsiz sistemi, dollardan asılı dünyanı Batı ağlı qurmuşdur
Yer üzündə 2 qütb yaranmışdır. Varlı Şimal, kasıb cənub ölkələri və bunların qarşıdurmaları.
Yunan, Roma mədəniyyətindəki Quldarlar və qullar sistemi kürəsəlləşmişdir.
Batı-Amerika işğallarını pisləyən kimi bir qrup adam yazır. Aman bu Rusiyanı dəstəkləyir.
Batının iki üzlü demokratiyasını-ikili standartlarını tenqid edən kimi yenə həmin adamlar yazır. Aman, bu diktatoru müdafiə edir.
Batı dəyərləri başqadır, Batı imperializmi başqa. Biz sömürgəçi işğalçı imperializmi tənqid edirik, dəyərləri deyil. Hərçənd ki, bu dəyərlər də Batı işğallarının aracı. Silahı. Örnəyin Amerika Suriyaya, Misirə, İraqa bu dəyərləri yaymaq bəhanəsi ilə girdi, demokratiya aparacaqdı, diktatorları devirib insan haqlarını bərpa edəcəkdi. Sonuc. Milyonlarla insanlar öldürüldü, milyonlarla insanlar köçə zorlandı. Ölkələri parçalandı. Yağmalandı. İnsan haqları tapdalandı, Amerikan əsgərinin ayaqları altlnda çeynəndi.
Qısası Tənqidimin amacı- Amerika da Rusiya da işğalçıdır deməkdir.
Batı sistemi sorğulanmalıdır deməkdir. Batı universal deyil, unikaldır deməkdir(Hantinqton)
Yeni, ədalətli dünya sistemi qurulmalıdır deməkdir.
P.S. Azərbaycanın sərvətləri haraya axır."