Siracəddin Hacı yazır...

Siracəddin Hacı yazır...
 

 

Kadırovun Şeyxliyi
Kadırov bir şeyxdir, təriqət başçısıdır, hər gün Allahın adlarını sayaraq min dəfə zikr çəkir, çeçen xalqının yarısını yox etmiş, evindən didərgin salmış zalım Putinin əsgəri olduğunu söyləyir, Dağıstan müsəlmanlarının lideriyəm deyir. Kadırovu Putinə bağlayan siyasi ehtiraslarıdır. O, bu iddialarına saxta dini don geyindirir.
Bəli, mərkəzində QURANİ-KƏRİM, İNSAN olmayan saxta din anlayışı adamı Vətənini qoruyan Ukrayna əsgərini öldürən müridlərinə cənnət vəd edən şeyxə, nəfəsi ilə cəhənnəm atəşini söndürəcəyinə inanan təriqət başçısına, millətinə soyqırımı tətbiq edən Putinin köpəyinə çevirər.
Deyirəm ki, bu saxta din anlayışı Azərbaycanın da ən ciddi sıxıntılarından biridir. Vaxtında və doğru addımlar atılmasa, xürafələrin ortaya çıxardığı bu fanatiklər sürüsü Azərbaycana bəla gətirəcək.

Paralel.az

0.019960880279541