Harrislə bağlı Ağ Evdən AÇIQLAMA
ABŞ prezident seçkilərində məğlub olduqdan sonra vitse-prezident Kamala Harris ailəsi ilə birlikdə istirahətə gedib.
Paralel.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer məlumat verib.
"Harris hazırda Havayda istirahət edir. Vitse-prezident ailəsi ilə vaxt keçirmək üçün işini qısa müddətlik ara verib.
Düşünmürəm ki, bunda pis bir şey var. Düşünürəm ki, o, ailəsi ilə və işsiz vaxt keçirməyə layiqdir, o, son dörd il ərzində çox çalışıb”, – mətbuat katibi deyib
ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Demokratların nümayəndəsi Kamala Harris 226, onun Respublikaçı rəqibi Donald Tramp isə 312 səs toplayıb.
Kamala Harris 19 noyabrda Havaya istirahətə gedib.