Çində baş verən “Boeing-737” qəzasının sirləri

Çində baş verən “Boeing-737” qəzasının sirləri
 

Çində baş verən “Boeing-737” qəzasının sirləri – ELMİ-LƏDUN

“Biz hər şeyi sayıb yazmışıq”. Quran, 19:94

Xəbər verildiyi kimi, iki gün öncə - martın 21-də Cində göyərtəsində 133 sərnişin olan “Boeing-737” təyyarəsi qəzaya uğradı və içərisindəkilər hamısı həlak oldular. Hadisəni şərh etməzdən öncə Dünyada baş verən təyyarə qəzalarındakı hikmətə nəzər salaq. XXI əsr başlayandan təyyarələrin müəmmalı şəkildə qəzaya uğraması haqda xəbərləri demək olar ki, tez-tez eşidirik. Bu qəzaların monitorinqini apararkən, heyrətamiz faktlar üzə çıxır. Belə ki, tərtib etdiyimiz cədvəldən görünür ki, qəzaya uğrayan təyyarələrin üzərindəki marka bir qayda olaraq Ay tutulmasından keçən günün sayını göstərir.
Məsələn:
1) 30 dekabr 2001 tarixdə baş verən Ay tutulmasının 727-ci günü Afrikada "Boeng-727" (!) təyyarəsi qəzaya uğradı (26.12.2003).
2) Həmin Ay tutulmasının 737-ci günü isə, "Boenq-737" (!) təyyarəsi qəzaya uğradı (03. 01.2004).

3) 8 sent. 2006 tarixli Ay tutulmasının 737-ci günü Moskva-Perm marşurutu ilə uçan "Boeng-737 (!)-500" markalı təyyarə müəmmalı şəkildə qəzaya uğradı (14.09.08).

4) 17 avqust 2008 tarixli Ay tutulmasının 747-ci günü Səudiyyədə "Boeng-747" təyyarəsi qəzaya uğradı (4.09.10) və s

Dünyada baş verən təyyarə qəzaları haqda araşdırmalarımı zaman-zaman dərc etdirdiyimə görə bu siyahını təkrarçılıq olmasın deyə çox uzatmıram.
İndi keçək yazımızın mövzusu olan Çindəki "Boenq-737" qəzasına. Elmi-lədun hesablamalarımız göstərir ki, bu qəza da digər qəzalar kimi, xüsusi bir qanunauyğunluğa tabedir və yolun azmış bəşəriyyətə Allahdan bir xəbərdarlıqdır. Bunu sübut edən hesablamaları təqdim edirik:
1) Qəza baş verəndə 10.06.2021 tarixli Günəş tutulmasının 286-cı günü idi ki, bu da orjinal Quranın səhifələrinin sayıdır (ötən yazılarımızda qeyd etdiyimiz kimi, 286 ədədi Allahın kodlaşdırılmış “möhürü” olaraq, bütün analoji hadisələrin üzərinə “vurulur”).

2) Xatırladaq ki, 9 mart 2019-cu il tarixdə Efiopiyada “Boeing-737” qəzası baş vermişdi. Bu hadisə ilə, iki gün öncə Çində eyni markalı təyyarənin qəzaya uğraması arasında 1110 gün fərq vardır ki, bundan da tövbə və cəza rəmzi olan 555 ədədini çıxsaq, yenə də 555 alınır və diqətimizi tövbə edərək, doğru yola dönməyin vacibliyinə yönəldir:

1110 – 555 = 555

3) Ikinci bəndə şübhə edənlərə növbəti bir faktı təqdim edirəm: Çində təyyarə qəzaya uğrayanda 27 fevral 2017-ci il tarixli Günəş tutulmasının 1847-ci günü idi ki, bundan da tövbə və cəza rəmzini çıxsaq, yenə də təyyarənin üzərində həkk olunmuş 737 görünür:

1847 – (555 + 555) = 737

Bütün bu hesablamalar onu sübut edir ki, baş verən təyyarə qəzaları bəşəriyyətə Allahın bir mesajıdır. Qəzaların bir qayda olaraq Quran rəmzləri altında baş verməsi isə, insan oğlunun diqqətini Qurana, tövbə edib düz yola dönməyə yönəldir.
Heç kəsə sirr deyil ki, bu gün Dünya mafiyalar tərəfindən idarə olunur. Dünya dövlətlərinin hər biri mafiya zəncirinin bir həlqəsidir. Elmi-lədun hesablamalarımız göstərir ki, mafiya zənciri məhz Azərbaycandan qırılacaq və bu hadisə çox yaxın aylarda baş verəcək (düzgün tarixi Allah bilir). Ondan sonra Azərbaycan Dünyanın Mənəviyyat Mərkəzi olacaq. Azərbaycanın idarəçiliyində olacaq haqq-ədalət bütün Dünyaya nümunə olacaq və digər xalqlar bu modeli öz ölkələrinə tətbiq edəcəklər.
Qeyd edək ki, Azərbaycanın dirçəlməsi hegamon dövlətlərin çöküşü fonunda baş verəcək.

“And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır”. “Quran”, “Məryəm” surəsi, 94.

Mesajları çatdırdı: Dr. Paşa Yaqub – Elmi-lədun bilicisi

Paralel.az

0.029032945632935