Putinin qorxunc planı 

Putinin qorxunc planı 
 

 

 

Rusiya prezidenti Vladimir Putin dünən Nikolay Patruşev, Sergey Şoyqu, Valeri Gerasimov və Aleksandr Bortnikovla videokonfrans vasitəsilə görüş keçirib. Cəbhədəki hazırkı vəziyyətin müzakirəsi zamanı söhbət rus qoşunlarının itkilərindən gedib və Valeri Gerasimov itkiləri "əhəmiyyətli" kimi qiymətləndirib. Bu zaman Putin Gerasimovun sözünü kəsərək “Əhəmiyyətli nə deməkdir?”  - deyə soruşub. Cavab gözləmədən Putin davam edib ki, yol verilən itkilər və otuz-əlli min insan qələbədən sonra əldə olunacaq məqsədlərlə müqayisədə heç nədir. 

Bildirmək yerinə düşər ki, hərbi ekspertlərin qənaətinə görə, Rusiyanın döyüş meydanında canlı qüvvə  itkilərinin sayı təqribən 50.000 nəfər olduqdan sonra Rusiya rəhbərliyinin “dərisinə isti keçəcək”. Hazırda davam edən mövqe döyüşləri şəraitində bu sayda itkinin hələ bir neçə ay davam etməsini proqnozlaşdırmaq mümkündür. Əlbəttə ki, bu, yalnız hərbi təxminlərdir, məsələnin iqtisadi, siyasi, psixoloji boyutları da var ki, bu amillər də hadisələri sürətləndirə, yaxud ləngidə bilər.

Putin yeni “qələbə” şərtlərini mayın 7-nə qədər məhdudlaşdırıb, məhz bu tarixə kimi o, Ukrayna rəhbərliyini təslim olmaq kimi təqdim oluna biləcək saziş imzalamağa və “qələbənin zəfər paradı” keçirməyə məcbur etməyi planlaşdırır. Görüş zamanı Putin Gerasimovu cəbhədə böyük silah itkilərinə görə qınayıb və hərbi texnikanın istifadəsinə daha ağlabatan yanaşma təklif edib. Yəni, Putin birbaşa Gerasimova insan itkiləri ilə hesablaşmağı yox, texnikanın qorunmasını təklif edir.

Buna əsaslanaraq iclasda yenidən səfərbərlik məsələsi qaldırılıb və Patruşev səfərbərliyə hazırlıq işlərinin başa çatdığını və əmr olarsa, səfərbərliyin operativ və tez bir zamanda həyata keçiriləcəyini bildirib. Görüş zamanı xüsusilə nəzərə çarpan, Putinin Gerasimovun sözlərinə qıcıqlanması ilə yanaşı, prezidentin Bortnikova soyuq münasibəti olub. Görüş zamanı Putin FTX direktorunun hesabatına və iradlarına məhəl qoymayıb.

Dadaş Əhmədli

Paralel.az

0.023327112197876