Çətin seçim

Çətin seçim
 
 
Yasəmən Qaraqoyunlu:
"Azərbaycanda bir çox dostlar Türkiyə mediyasında Rusiya-Ukrayna savaşları haqqında yorumları tənqid edirlər. İlk baxışda haqlıdırlar da. Çünki keçmiş Sovetlər Birliyindən qopmuş bütün post sovet ölkələri bilirlər ki, Rusiya Ukraynada qalib gəlsə, yenidən, sırasıyla Azərbaycanı, Gürcüstanı, Özbəkistanı, Qazaxıstan və.s kimi ölkələri işğal etməyə çalışacaqdır. Azərbaycan xalqı bilir ki, əslində Ukraynada həm də Azərbaycanın taleyi həll olunur. Gələcəyi həll olunur və bu savaş Qarabağ savaşı qədər əhəmiyyətli bir savaşdır. Bütün Azərbaycanın nəbzi bu gün Ukrayna ilə bir vurur. Azərbaycan Ukraynanın yanındadır. Belə həssas bir durumda Türkiyə medyasını izləyən Azərbaycan ictimai rəyində bir çaşqınlıq yaranmışdır. Səbəb,
Türkiyə Azərbaycan kimi düşünmür. Türkiyənin olaylara yaxınlaşması, dəyərləndirməsi fərqli.
Ölkəmizdə NATO blokunu xilaskar kimi görən bir çoxları Türkiyə təhlilçilərinin NATO -nu, AB, ABD -ni dəstəkləməyən obyektiv çıxışlarını gördükdə qəzəblənirlər. Lakin bu dostlar unudurlar ki, Türkiyə bilir ki, NATO bloku -AB-ABD Rusiyanı Ukrayna bataqlığında boğduqdan, yendikdən, parçaladıqdan sonra sıra Türkiyəyə də gələcəkdir...
İndiki dönımdə Rusiya, Çin, Türkiyə, İran, gələcəkdə Hindistan, Pakistan kimi ölkələr Batı blokunun, imperializminin yemi olmağa potensial namizəddir.
Əgər AB-ABD, NATO bloku liderliyində tək qütblü dünya quruculuğuna razısınızsa onda Rusiya, Çin, İran, Türkiyə kimi ölkələr yenilib yox olmalı, AB-ABD blokunun yemi olmalıdırlar.
Əgər çox qütblü dünya quruculuğunu və sistemi seçirsinizsə onda bu ölkələrin və mədəniyyətlərin yenilməsini, Batı blokunun-NATO- nun yemi olmasını önləməlisiniz.
İzlədiyim qədərilə Ərdoğan və İlham Əliyev çox qütblü dünya qavramını dəstəkləməkdədirlər. TDT -nın qurulması çox qütblü dünya quruculuğuna verilmiş dəstəkdir. TDT da çox qütblü sistemin bir qütbüdür, bir hissəsidir.
Türkiyə var olmaq üçün çox qütblü uluslararası sistemin qurulmasına çalışmalıdır.
Türk aydının və stratejistinin zehniyyəti, dünya qavramı AB-ABD imperializminin əsirliyindən qurtulmuşdur.
Türk aydını Türk kimi düşünür, Türk stratejisindən, maraqlarından baxır dünyaya. Türk aydını, stratejisti Batı imperializminin, yayılmaçılığının ideoloji sloqanları olan demokratiya, avtokratiya şüarlarının, qarşıdurmalarının qurbanı olmaqdan imtina ermişdir. Türkiyə düşüncəsi böyük bir yol qət etmişdir, Batı mırkəzli dünya qavramından və ideolojilərindən imtina etmişdir. Məhz bu sürəc, bu baxış acısı çox önəmlidir.
Dünyanın mərkəzi yalnız AB-ABD olmamalıdır, TDT dünya mərkəzlərindən biri olmalıdır.
Azərbaycanda düşüncə və dünyagörüş Batı və Rus yanlısı olduğuna görə, Türkiyədəki yorumları qəbul etməkdə çətinlik çəkirlər...
Bu gün Türkiyə təkdir. Həm Batı, həm Rusiya tərəfindən təhdid olunduğuna görə Rusiyanın qarşısına Batını, Batının qarşısına Rusiyanı qoymaqla, hər iki güc arasında çox vektorlu manevrlər etməklə zaman qazanmaq və bu zaman içində TDT -nı qurmaq ən doğru yoldur.
Türkiyə və Azərbaycanın yüksəlişini, gəlişini, liderliyini gözləyən bir dünya, bir mədəniyyət vardır. Türk- islam mədəniyyəti. Asiya-Afrikaya yayılmış, özündə böyük mədəniyyət və fəlsəfə, ənənə, dünyagörüş barındlran, 300 ildir Batı və Rusiyanın sömürgələştirdiyi, savaştığı, parçaladığı dünya. Gələcəyin Türk-islam bloku. 2 milyardlıq bir güc!
Türkiyə aydını, stratejisti, generalı bunun fərqindədir."
0.016574144363403