“Rusiya Qərbin enerji ehtiyaclarını ödəyən ölkələrdəndir”

“Rusiya Qərbin enerji ehtiyaclarını ödəyən ölkələrdəndir”
 


"Rusiya və Ukrayna müharibəsi fonunda, dünyada iqtisadi əməkdaşlıq sahəsində bir hərəkətlilik hiss olunmaqdadır".
Paralel.az xəbər verir ki, bunu ekspert Çingiz Şahbazi bildirib. O, deyib ki, bu hərəkətlilik, ABŞ və Qərb dünyasının Rusiyaya qarşı tətbiq etdikləri sanksiyalardan qaynaqlanır.
Ekspert həmçinin onu da vurğulayıb ki,
Rusiyanın enerji resurslarına qoyulan sanksiyalar, iqtisadi sahədə partnyorluq axtarışlarını sürətləndirib.
“Bildiyimiz kimi Rusiya Qərbin enerji ehtiyaclarını qarşılayan ən öndə gedən ölkələrdən biridir və sanksiyalardan dolayı Rusiyanın yerini doldurmaq üçün, yeni əlaqələr və münasibətlərin baş verməsi gözlənilir. Sözsüz ki, bu hərəkətlilik fonunda, ölkəmizə də xüsusi diqqət var. Bu diqqət, neft və qaz ölkəsi olaraq, həm də region olkələrin enerji resurslarını Avropa bazarına çıxarılması istiqamətində tranzit ölkə statusundan
irəli gəlir. Biz bu yaranmış əlverişli fürsətdən, ölkəmizin inkişafı üçün, istər siyasi, istərsə də iqtisadi cəhətdən səmərəli istifadə etməliyik".

Şahnaz Salehqızı
Paralel.az

0.018010139465332