Axırıncı Mogikan
Yaşar Nəzərov:
Dəhşət insanın yeri düzgün seçilməyəndə olur. Putin də rus tarixində ən müdhiş seçim idi. İndi rus xalqı bunun fərqindədir, bir qism "büccetniklərdən" başqa. Rusiya telekanalları və onların müxbirləri, operatorları Putinin yazdığı ssenariləri ilə onu bəzəməklə "axrıncı moğikan" edirlər.
Rusiyanın ədaləti harada görünüb? Bu gün də iddiası ilə hətta dünyada ona ən yaxın xalq, bizim kimi eyni soylu cənubi -şimali Azərbaycan qədər yapışmaqla dəyərlənən mənəvi qardaş Ukraynaya qarşı imperativ təcavüzkar vəhşiliklərini, bütün dünyanın gözləri qarşısında edir.
Bu gün özünə məxsus KİV-lərdəki təbliğatında da yalanlar tirajlayır. Sanki Ukrayna DNR və LNR-na hucum edib, həmin respublikalar da onunla müharibə edir. Rusiya da onlara kömək edir və özünü Ukraynadan müdafiə edir.
Faşist Almaniyasının vazkeçilməz bir adamı var idi: Gebbels!
Hitlerin təbliğat və xalqı maarifləndirmə naziri olan Gebbelsi yalanın atası da saymaq olar. O, təbliğatda yalandan istifadəni nəinki məqbul bilən, hətta bunu vacib hesab edib tətbiq edənlərdəndir.
Onun sərgilədiyi nümunələrə baxın.
"Gebbels deyirdi:
-Kiçik yalanlara xalq daha az inanır, inandırıcı olmaq üçün yalan böyük olmalıdır;
-Lazımdırsa yalan danışmaqdan utanmayın, çəkinməyin;
-İnsanların beyni tənbəldir. Bunu bilin və yalanlarınızı ona görə qurun. Tənbəl beyin yalanı daha rahat həzm edər;
-Danışdığınız yalanlara inananlar mütləq çox olacaq. Önəmli olan kütləni inandıracaq və yuxuya daldıracaq yalanları deyə bilməkdir;
-Bir yalanı nə qədər bacarırsınız, o qədər çox təkrarlayın. Belə olanda kütlə bir gün o yalanın sizə yox, özünə aid olduğunu düşünəcək;
-Qarşı tərəf haqlı olsa belə hər hansı mövzuda xətalı olduğunuzu, səhv etdiyinizi qəbul etməyəcəksiniz".
Putin də bu vəsiyyətə əməl edir.
Amma Ukrayna xalqının haqq işi ləkə götürməz! Ukrayna xalqı bəşəriyyəti xilas edəcək!