"Haqq öz yerini tapdı" - VİDEO

 

Xəbər verdiyimiz kimi, müğənni Şəbnəm Tovuzlu və Vəfa Şərifova uzun müddətdir "Cənnətimsən" adlı mahnıya görə mübahisə edir. 

Paralel.az Axşam.az-a istinadla bildirir ki, bəstə hər iki ifaçıya satılıb və onlar mahnını oxuyub və yutuba yerləşdirib. Bir neçə gündür ifaçılar bir-birinin ünvanına sərt sözlər deyir. Vəfa və Şəbnəm müəllif hüquqlarının qorunması üçün müxtəlif qurumlara müraciət edib. 

Ş.Tovuzlu açıqlama yayaraq bildirib ki, müəllif hüquqları onu haqlı hesab edib: 

"Mahnının bəstəkarı kimi Arzu Məmmədova tanınıb. Bu da Şəbnəm Əsədovanın gücü. Haqq öz yerini tapdı".

İfaçı bildirib ki, Vəfa da müraciət edib və araşdırma aparılıb, o, haqsız hesab edilib. 

Qeyd edək ki, Vəfanın yutub kanalından mahnı silinsə də ifaçı yenidən onu yükləyib. Mahnının müəllifi bəstəni Şəbnəmə satdığını bildirib. Vəfa isə bəstənin müəllifi kimi ilk vaxtlar özünü göstərib. 

 

0.025557994842529