Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - Faktiki hava

Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - Faktiki hava
 

Sentyabrın 22-si saat 09:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə qısa müddətə leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Milli Hidrometeorologiya Xidmətindən “Paralel.az ”a verilən məlumata görə, düşən yağıntının miqdarı Şahbuz, Culfada 2 mm, Şahdağ, Xaçmaz, Qusar (Laza), Göygöl, Daşkəsən, Astara, Şərur, Naxçıvanda 1 mm-dək olub.

Daşkəsən, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 29, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

0.10392880439758