Azərbaycanda üç gündür davam edən qasırğa Heydər Əliyev Mərkəzindəki yanğınla əlaqələnir

Azərbaycanda üç gündür davam edən qasırğa Heydər Əliyev Mərkəzindəki yanğınla əlaqələnir
 
Azərbaycanda üç gündür davam edən qasırğa Heydər Əliyev Mərkəzindəki yanğınla əlaqələnir
“Biz hər şeyi sayıb yazmışıq”. (Quran)
Xəbər verildiyi kimi, mart ayının 2-dən başlayaraq, Azərbaycanın rayonlarında (Daşkəsən, Lənkəran, Masallı, Göyçay, Şamaxı və s) əsən güclü külək (qasırğa) ağacları kökündən qoparıb, tikililərə ciddi ziyan vurub, elektrik dirəklərini aşırıb. Bu səbəbdən bir çox rayaonlar son günlər qaranlığa qərq olublar.
Elmi-lədun hesablamalarımız göstərir ki, davam edən bu qasırğalar təsadüfü olmayıb, Özündən əvvəlki analoji hadisələrlə riyazi şəkildə (114, 286 və 555 ədədləri ilə) bağlanmaqla, yolun azmış millətimizə və onun zalım rəhbərlərinə ALLAHDAN bir xəbərdarlıqdır. Bunu sübut edən hesablamaları təqdim edirik:
1) Yadınıza salaq ki, keçən ilin 10 noyabrında Bakıda və s rayonlarda baş verən güclü külək ağacları kökündən çıxardı, evlərin damını uçurdu, maşınları çevirdi. Burada diqqət çkən məqam ondan ibarətdir ki, bu günlərdə davam edən qasırğa ilə həmin 10 noyabrdakı qasırğa arasında 114 gün fərq vardır ki, bu da Quranın surələrinin sayı olmaqla, hər iki hadisənin ALLAH tərəfindən törədildiyini, zalım və yolazmışlara xəbərdarlıq olduğunu tsdiq edir.
2) Hesablamalarımız göstrir ki, bugünkü qasırğa Ağstafada hərbi hissədə baş verən partlayışla da riyazi şəkildə əlaqələnir. Belə ki, 6 iyul 2019-cu il tarixdə Ağstafada hərbi hissənin sursat anbarında baş verən partlayış nəticəsində bir neçə hərbçi həyatını itirmiş, bir neçə nəfər isə yaralanmışdı. Bu gün davam edən qasırğa həmin partlayışın 972-ci günü baş vermişdir ki, bundan da Quranın səhifəlrinin sayını (286) çıxsaq, surəlrin sayı qalır və hadislərin ALLAH tərəfindən zalım və yolazmışlara xəbərdarlıq olmasını bir daha təsdiq edir:
972 – 286 – 286 – 286 = 114
3) Əvvəlki yazılarımızın birində keçn il Xırdalanda baş verən, səsi Bakıda və digər rayonlarda eşidilən heyrətamiz partlayışdan (25.01.2021) bəhs etmişdik. Bugünkü qasırğa başlayanda həmin partlayışın 400-cü günü idi ki, bundan da Quranın surələrinin sayını çıxanda, səhifələrinin sayı qalır və hadisəlrin ALLAH tərəfindən xəbərdarlıq olması barədə söylədiyimiz fikri bir daha təsdiq edir:
400 – 114 = 286
4) Azərbaycanda baş verən bütün xəbərdarlıq mesajları Ay tutulması ilə bağlandığı kimi, bu qasırğa da bağlanır. Belə ki, sözü gedən qasırğa başlayanda 07.08.17 tarixli Ay tutulmasının 1665-ci günü idi ki, bu da Qurandakı tövbə rəmzinin (555) üç mislidir (tövbə üç dəfə deyilir).
1665 – 555 – 555 = 555
5) 2014-cü ilin 27 iyulunda Bakıda Heydər Əliyev mərkəzi yananda buradan hesablama paylaşaraq bildirdim ki, həmin hadisə zalım rəhbərlərə ALLAHDAN bir xəbərdarlıqdır. Elmi-lədun hesablamalarımız göstərir ki, üç gündür davam edən qasırğa və enerji kəsilmələri həmin xəbərdarlığa məhəl qoyulmadığı üçün baş verdi. Sübut üçün bildirim ki, bu iki hadisə arasında 3330 gün fərq vardır ki, bu da tövbə və cəza rəmzinin altı mislidir:
3330 – (555 + 555 + 555) = (555 + 555 + 555)
6) Ötən yazımızda təqdim etdiyimiz hesablamalar göstərirdi ki, Azərbaycanda baş verən bir çox fəlakətlər və enerji qəzaları Qurana dövlət səviyyəsində and içmə mərasiminə bağlanır. Maraqlıdır ki, bəhs etdiyim qasırğa da enerji qəzaları yaratmaqla, üçüncü andiçməyə (19.10.2013)bağlanır. Belə ki, bu qasırğa başlayanda həmin andiçmədən 3054 gün keçmişdi ki, bundan da yuxarıda keçən Quran rəmzlərini çıxanda yenə də tövbə və cəza rəmzi alınır və ALLAHIN belə bir mesajını çatdırır ki, Quran beş ildən bir yalandan and içmək üçün göndərilməyib; bu kitaba əl basdınsa, artıq barmaq izlərin orada qalır və içdiyin anda ya əməl edəcəksən, ya da ağır cəza alacaqsan:
3054 – (114 + 114) – (286 + 286 + 286) = (555 + 555)
7) Fevralın 14-də paylaşdığımız hesablamada Tovuzda baş verən və bölgəni qaranlığa qər edən enerji böhranının sirlərini şərh etmişdik. Yazının bir bəndində göstərmişdik ki, qəzanın sirri Tovuzun rəmzi olan 60 ədədində və Quranın 60-cı surəsində (1-ci və 13-cü aylərində)gizlənir. Maraqlıdır ki, bu gün şərh etdiyimiz, Aərbaycanın bir çox rayonlarını qaranlığa qərq edən qasırğa da 60 ədədinə bağlanır. Yəni, ilin 60-cı (!) günü başlayan (hələ də davam edən) bu qasırğa diqqtimizi yenidən 60-cı surədə verilən mesaja yönəldir:
“Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun! Onlar sizin haqqınızı inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (yurdunuzdan) çıxardırlar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa Mənim düşmənlərimi dost tutmayın. Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən onlara sirr verirsiniz). Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi (bütün gizli və aşkar əməllərinizi) bilirəm. Sizdən kim (bir daha) bunu etsə (düşmənlərlə dostluq edib onlara sirr versə), o, şübhəsiz ki, haqq yoldan azmışdır!” Quran, 60:1.
“Ey iman gətirənlər! Allahın qəzəbinə düçar olmuş bir qövmlə dostluq etməyin. Kafirlər qəbiristan əhlindən (ölülərin qiyamət günü diriləcəyindən) ümidlərini üzdükləri kimi, onlar da axirətdən (axirətdə Allahın mərhəmətindən) ümidlərini üzmüşlər!” 60-cı surə, 13-cü ayə.
Bu və digər elmi-lədun hesablamalarımız göstərir ki, üç gündür Azərbaycanı dağıdan, bölgəlri qaranlığa qərq edən qasırğa ALLAHDAN yolun azmış millətimizə və onların zalım rəhbərlərinə növbəti (bəlkə də sonuncu) xəbərdarlıqdır: zülmə son qoysunlar, haqqı, ədaləti bərqərar edərək, içdikləri anda əməl etsinlər. Əks halda çox böyük bəlalarla üzləşəcəklər!
Quran sizlər üçün oyuncaq deyil! Ağlınızı başınıza yığın və haramdan, oğurluqdan, xalqa zülm etməkdən əl çəkin!
Qasırğanın hərbi hissədəki ölümlərlə əlaqələnməsinin sirri isə, “Hakimiyyət” surəsinin 20-ci ayəsində açılır:
“Bu əsgərləriniz kimdir ki, onlar sizi Allahın əzabından qurtara bilsinlər? Zalımlar sadəcə aldanmaqdadırlar”. “Hakimiyyət” surəsi, 20.
Yəni, əsgərə, silaha ümid olub, xalqa zülm etmək olmaz. Güvəndiyin silah bir gün öz əlində partlayıb (Ağstafadakı kimi), səni məhv edə bilər (hadisənin verdiyi mesaj budur).
Söz ardı: ağlı olan nəticə çıxarsın, olmayan məhv olmasını gözləsin. Vaxtın bitməsinə 200 gündən az qalıb (Düzgünün ALLAH bilir).
Mesajları şərh etdi: Paşa Yaqub – Həkim, Elmi-lədun bilicisi
0.032862901687622