“İlk svilizasiya Azərbaycandan başladığı kimi, sonu da burada baş verəcək” – Planetdən gələn Azərbaycanlı

“İlk svilizasiya Azərbaycandan başladığı kimi, sonu da burada baş verəcək” – Planetdən gələn Azərbaycanlı
 

“İlk svilizasiya Azərbaycandan başladığı kimi, son da burada baş verəcək” – Planetdən gələn Azərbaycanlı

Insanın yaranması, Yerdənkənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi… insanları zaman-zaman düşündürən mövzulardandır.
Paralel.az olaraq kənar svilizasiyalarla təmas qurmuş insanlar və onların orada gördükləri haqda fikir və mülahizələrini yeri gəldikcə oxucularımıza çatdırmışıq. Kənar svilizasiyalarla təmasda olmuş daha bir müsahibimizin fikirlərini təqdim edirik.

Paralel.az saytına danışan Xırdalan şəhər sakini İldırım Kazımov planetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini qeyd edir. Müsahibimizin fikirlərinin ikinci hissəsini şərh vermədən və müdaxilə etmədən oxucularımızın ixtiyarına buraxırıq.


Söhbətin birinci hissəsini bu linkdən oxuya bilərsiniz:

https://paralel.az/az/article/308616

-Samirlə Gülnaz Yerdə 300 il yaşadılar və Samirin gözləri qocalıqdan tutuldu. İti daşla işləyərkən, biləyini kəsdi və canını tapşırdı. Samir, baxmayaraq ki, Yer üzünün ilk peyğəmbərlərindən biri idi, 16 yaşında ikən Tanrının qanunlarını pozaraq, göydə qan tökmüşdü (Gülnazla yaxınlıq etmişdi). Bu günahdan sonra Tanrı onu 300 il yaşatsa da, sonda özü-öz qanını tökdü.
Yadplanetlilərin mənə bildirdiyinə görə, Amerikada yaşayan hindular, türkdilli xalqlar, qafqaz xalqları və Pakistan, Hindistan ərazisində yaşayan bir çox xalqlar Samirlə Gülnazın törəmələridir.

Gülnaz ərini o qədər çox sevirdi ki, baxmayaraq ki, onun da gözləri tutulmuşdu, hər dəqiqə Samiri axtarırdı. Bir gün o Kür çayının sahilində ərini axtararkən, canavar Gülnaza yaxınlaşdı və onu götürərək, yoxa çıxdı.
Bu hadisədən sonra onun oğlanları, nəvə-nəticələri, öz ailələrini götürərək, hərəsi bir istiqamətdə Gülnazın axtarışına çıxdılar. Beləliklə, onlardan bir dəstəsi indiki Şimali Qafqaz ərazisinə, bir dəstəsi indiki Gürcüstan ərazisinə, bir dəstəsi indiki Orta Asiya ərazisinə çatdılar.
Turanla oğlu Türk isə, ailələri ilə birlikdə indiki Ermənistan ərazisinə yetişdilər; hansı ki, canavar Gülnazı o istiqamətdə aparmışdı və Yanın yaşadığı yerə gəlib çıxmışdılar. Onlar Gülnazı bu ərazidə taparaq, qoca qadını daşla, ağacla vurmağa başladılar. Bu vaxt canavar üzünü göylərə tutub ulayırdı. Sanki, insanların bu vəhşiliyindən Tanrıya şikayət edirdi.

Canavarın bu ulartısına Turanla, Türk gəlib çıxdılar. Türk və övladları Gülnazı xilas etmək üçün, Yanın başına ağacla, daşla vurmağa başladılar. Qoca Yan qanı axan şəkildə yerə yıxıldı. Yanın uşaqları qanı görəndə qorxdular. Yan, oğlu Haya: “Urartu” - dedi. Qədim erməni dilində bu sözün mənası “Turanı vur” deməkdir.

Turanla Türk Gülnazı da götürüb, indiki Türkiyə istiqamətində hərəkət etdilər. Həmin vaxt göydən elə bir dolu yağdı ki, hərəsi bir tərəfə qaçdılar. Gülnazın cəsədi isə, dolunun altında qaldı. Türklər həmin yeri gələcəkdə Anadolu adlandıracaqdılar.

Indiki Mingəçevir ərazisində qalan, göydən gətirilən o kiçik kosmik aparatla bir dəstə qadın, kişi uçaraq indiki Amerika ərazisinə getdilər.

İlk yaradılışda insanların elmi indikindən heç də geri qalmırdı. Onlar göydən gəlmiş kosmik aparatları idarə edə bilirdilər.
Yaxın illərdə Yerdəki insanların elmi yenidən elə bir səviyyəyə yüksələcək ki, bir neçə dəqiqəyə başqa planetə köçə biləcəklər.

Daha sonra, Yerdən köçərək, Ayda və Marsda yaşayan insanlar hətda bir-birləri ilə planetlərarası müharibə aparacaqlar. Bu müharibələrin səbəbi planetlərdə olan qiymətli metallar olacaq.

Fəzalılar mənə onu da bildirdilər ki, Yer kürrəsinə indiki insanların, heyvanların və quşların yaradılıb gətirilməsindən 14 min il keçib.

Həmçinin, Yerdə ilk svilizasiya Azərbaycan ərazisindən başladığı kimi, son da burada baş verəcək.
Azərbaycan çox sirli bir ərazidir. Dünyanın hazırda pozulmuş nizamı Azərbaycandan düzələcək. Bunun üçün Azərbaycanda kifayət qədər elm verilmiş adamlar var. Onların təliğ etdiyi yeni ideyalar bəşəriyyəti birləşdirəcək və Yerdə sülhü, əminamanlığı bərpa edəcək. Bu məqsədlə hər ölkədə fəzalıların öyrətdiyi adamlar var. Salvador Dalinin “Geopolitik uşaq yeni insanın doğumunu seyr edir” adlı rəsm əsəri bu mesajı verir. Yəni, azərbaycandan doğulacaq yeni bir ideologiyanın bəşəriyyəti öz ətrafında birləşdirəcəyini xəbər verir.

Söhbəti qələmə aldı: Paşa Yaqub

Paralel.az

0.015040159225464