İranda partlayış çox sayda insanın həyatına son qoydu
İranın şərqindəki Cənubi Xorasan əyalətinin Tabas şəhərində kömür mədənində baş verən partlayışda azı 19 nəfər ölüb.
“Paralel.az ” xəbər verir ki, bu barədə regionun böhranla mübarizə departamentinin baş direktoru Məhəmməd Əli Axundi məlumat verib.
Onun sözlərinə görə, partlayışda 17 nəfər xəsarət alıb: “Partlayış zamanı Tabas kömür mədəninin C və B bloklarında 69 fəhlə işləyirmiş. Partlayışdan sonra yanğın olmayıb.
Mədənin 250 m dərinliyində partlayışa səbəb tunellərdə metan qazının cəmləşməsi olub. Hazırda xilasetmə işləri hər biri beş nəfərdən ibarət səkkiz ixtisaslaşdırılmış qrup tərəfindən həyata keçirilir”.