“Elm inkişaf edəcək, insanlar bir neçə dəqiqəyə başqa planetə köçə biləcəklər” – Planetdən gələn Azərbaycanlı
Insanın yaranması, Yerdən kənar svilizasiyaların olub-olmaması, yadplanetlilərlə əlaqə, bəşəriyyətin gələcəyi və s. insanları zaman-zaman düşündürən mövzulardandır.
Paralel.az saytı olaraq kənar svilizasiyalarla təmas qurmuş insanlar və onların orada gördükləri haqda fikir və mülahizələrini yeri gəldikcə oxucularımıza çatdırmışıq. Kənar svilizasiyalarla təmasda olmuş daha bir müsahibimizin fikirlərini təqdim edirik.
Paralel.az-a danışan Xırdalan şəhər sakini İldırım Kazımov yadplanetlilərin onu kənar svilizasiyaya apardığını və orada telepatiya ilə beyninə maraqlı informasiyalar ötürdüklərini qeyd edir. Müsahibimizin fikirlərinə şərh vermədən və müdaxilə etmədən oxucularımızın ixtiyarına buraxırıq.
-1997-ci ilin yanvarın 13-dən 14-nə keçən gecə qeyri-ixtiyari yuxudan oyandım. Gördüm evdə kosmanavt geyimində (skafandrda), boyu təxminən 130-140 sm olan, dizlərində təxminən Azərbaycanın gerbinə bənzər gerb, başındakı kaskada doqquz guşəli, ziq-zaqvari ulduz olan bir canlı varlıq var. Bundan əlavə, boyu təxminən 90-100 sm olan daha iki canlı varlıq da evdə dayanmışdı.
Onları yataq otağımda görəndən sonra, necə oldusa, bir də gördüm ki, başqa bir planetdəyəm. Oradakı gözəlliyi və rahatlığı təsvir etməkdə çətinlik çəkirəm. Hər tərəf tunc və gümüşü rəngdəydi.
Onlar orada mənimlə telepatiya yolu ilə danışırdılar. Beynimə informasiyalar ötürürdülər. Sonra bir də gördüm ki, yenə yataq otağımdayam.
-Fəzalılar sizə hansı informasiyaları ötürdülər?
-Onlar dedilər ki, Yer üzərində canlıları biz yaratdıq (hiss olunurdu ki, Tanrının izni ilə yaradıblar). Biz Yerdə yeddi soy insan yaratdıq:
- İlk yaradılmış insan soyu indiki Azərbaycanın Mingəçevir ərazisinə;
- İkinci yaradılmış soy, indiki slavyan xalqlarının yaşadığı ərazilərə;
- Üçüncü soy, monqol irqi, Cənub-Şərqi Asiya ərzisinə;
- Dördüncü soy, Qərbi-Avropa xalqlarının yaşadığı əraziyə;
- Beşinci soy, farsdilli xalqların yaşadığı ərazilərə;
- Altıncı soy - Tövratda və Quranda xəbər verilən Adəmlə Həva;
- Yeddinci soy - qara zənci irqi - indiki Afrika ərazisinə gətirildi.
Azərbaycana gətirilən ilk cütlük Samir və Gülnaz olub. Tanrı onları göz yaşından yaradıb. İlkin mərhələdə onlar göyün birinci qalaktikasında Laç adlanan bir yerdə məskunlaşdırıldılar. Tanrı Samir və Gülnaza 35 dil öyrətdi və 18 yaşına qədər bir-biri ilə yaxınlıq etməyi qadağan etdi.
Lakin onlar 16 yaşa çatanda şərin nümayəndəsi Samiri yoldan çıxardı və Gülnazla yaxınıq etməyi öyrətdi. Gülnaz əvvəl razı olmadı ki, Tanrı bunu bizə qadağan edib, zamanımızı gözləməliyik. Buna baxmayaraq, Samir Gülnazı yoldan çıxardı və onlar yaxınlıq etdilər. Beləliklə, Tanrının qanununu pozdular. Gülnazı bu işə Samir sövq etdi. Bu səbəbdən türkdilli xalqlarda qadın kişidən daha namuslu olur. Onlar etdikləri günaha görə üç ay Tanrıya yalvardılar. Tanrı onları bağışlamadı; göydən uçan bir kosmik gəmi ilə indiki Azərbaycanın ərazisinə endirdi. Göydən gələn iki canlı məxluq (mələklər) Samirlə Gülnaza yerdəki həyat (yaşam) tərzini, bitkiləri, heyvanları öyrətdilər.
Gülnazın Samirdən – Turan, Manya, Samrat, Qandar, Yan, Cəlil, Sambay adında yeddi oğlu oldu.
Göydən gətirilmiş kosmik aparatın içərisində daha bir kiçik aparat da var idi. Gələn məxluqlar kiçik aparatı Samirə verib, təkrar göyə qayıtdılar. Gedib gördülər ki, Tanrı daha yeddi qız uşağı da yaradıb.
Biz hər zaman Yerə nəzarət edirik! Samir yerdə oğlanlarını böyüdür, onların hərəsinə bir dil öyrədirdi. Onlara həmçinin heyvanları, bitkiləri öyrədirdi.
Bir axşam oğlanları oturub ataları ilə söhbət edirkən Turan soruşdu ki, ata, biz insanlar necə yaranmışıq, bura haradan gəlmişik?
Həmin gecə ayparayla ulduz qarşı-qarşıya dayanmışdı. Samir Ayparanın qarşısındakı ulduzu göstərib: “Bizi Tanrı yaradıb, oradan gətiriblər” dedi. Uşaqlar göyə baxanda ulduzu kimisi beş guşəli, kimisi isə, səkkiz guşəli gördü. Uşaqlar böyüdükcə aypara ilə ulduzun rəsmini qayalara həkk edirdilər.
Biz göydəki hər qıza bir dil öyrətdik. Onlar 15 yaşa çatanda Yerə gətirdik. Göydə qızların altısı kor idi; təkcə Gita görürdü. Yerə endirəndən sonra qızların altısının da gözlərini açdıq. Gita dedi ki, ora daha gözəl idi.
Göydən gələn mələk geri qayıdarkən, Gitanın alnından öpdü. Sonradan həmin qız öz ailəsi ilə Azərbaycandan Hindistana gedib çıxacaq və məhəbbət nişanəsi olaraq həmişə alnına xal qoyacaqdı.
Aradan 150 il vaxt keçdi. Samir yeddi oğlunun hərəsini göydən gələn qızlardan biri ilə evləndirmişdi. Oğlanlarına hər bir kəsin yalnız öz qadını ilə yaşamasının vacib olduğunu bildirmişdi.
Bu qadağaya baxmayaraq, Manna Tanrının qanununu pozdu və qardaşı Yanın arvadı ilə bir neçə dəfə yaxınlıq etdi. Yan və uşaqları bunu bildilər və Mannanı Kür çayında boğub öldürdülər....
(ardı var)
Söhbəti qələmə aldı: Paşa Yaqub
Paralel.az