Rafael Ağayevə mayor rütbəsi verilib

Rafael Ağayevə mayor rütbəsi verilib
 

Azərbaycanın tanınmış karateçisi, 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayevə Dövlət Gömrük Komitəsində (DGK) vəzifə və rütbə verilib.

Paralel.az xəbər verir ki, 36 yaşlı idmançı Baş Gömrük Mühafizə Xidmətində Döyüş və fiziki hazırlığın təşkili şöbəsinin rəisi təyin edilib.

Təcrübəli karateçiyə mayor rütbəsi də verilib.

0.017985105514526