Elon Maskın başı dərddədir

Elon Maskın başı dərddədir
 
 
Osman Gündüz:
Elon Maskın başı dərddədir, gözlənilmədən bir xeyli peyki sıradan çıxıb.
SpaceX bu peyklərin kiminsə başına düşəcəyini istisna edib
Starlink peyk şəbəkəsində ciddi problem yaranıb. Orbitdə baş verən geomaqnit fırtınası nəticəsində Starlinkə məxsus, cari ilin əvvəli Falcon9 vasitəsilə qaldırılan 40 peyk sıradan çıxıb.
Fırtına nəticəsində onların fəaliyyətini bərpa etmək mümkün olmayıb.
SpaceX peykləri təhlükəsiz rejimə keçirdiyini, daha yüksək orbitə qaldırmağa cəhdlər edildiyini bildirib, lakin sonradan onları xilas etməyin mümkün olmadığını açıqlayıb.
Qurum açıqlayıb ki, sıradan çıxan peyklər digərləri üçün təhlükə törətmir, onlar yerin atmosferinə daxil olaraq tam yanır və kosmik zibilə çevrilmir, heç kimin başına düşmə ehtimalı da yoxdur.
Elon Mask baş verənlərin SpaceX-ə nə qədər ziyan vura biləcəyini açıqlamayıb.
Amma baş verənlərin qurum üçün gözlənilməz və düşündürücü olması birmənalıdır.
Hazırda SpaceX-in göydə 2000 peyki var. Bütün yer kürəsi üzrə normal internet təminatı üçün 30 min peykin qaldırılması nəzərdə tutulub.
Paralel.az
0.057590007781982