"Meşə mafiya"sının başçısı Vüqar Kərimovun əməlləri - VİDEO

 

Meşələrimizdə olan " yaşıl terror"la bağlı kifayət qədər məlumat vermişdik və aldığımız məlumatlara görə, bu işin başında "meşə mafiya"sının başçısı Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun olduğu deyilir.
Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlu bir videomüraiətlə şikayətini dilə gətirib.

Vətəndaş bildirir ki , son 2 il ərzində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovun göstərişi ilə onun yerli "meşə quldurlar"ı Cəlilabad meşələrində ki, qiymətli ağacları işlik material kimi kəsdirib satdırırlar. Əsasən Göytəpə meşəbəyliyinin 11, 12 və 13 saylı dolaylarında kütləvi olaraq qırılıb.
Aidiyyatı orqanlar buna göz yumur. Vüqar Kərimov 1 saylı Regional Eķologiya Idarəsinə təsir etdiyi üçün, onlar da heç nə edə bilmirlər.

Qarşı tərəfin də mövqeyin dinləməyə hazırıq.

Şahnaz, Paralel.az




0.028625011444092