Allah Qurani -Kərimi niyə nazil etdi?

Allah Qurani -Kərimi niyə nazil etdi?
 

Siracəddin Hacı

I Yazı

Rəcəb ayı gəldi, dedi ki, Qurani-Kərimin nazil olmağa başladığı Ramazan ayı gəlir. Qurani-Kərim deyir ki, Allah sizi insan olaraq yaratdı, bu məsələdə əməyiniz yoxdur. Sizin üçün önəmli olan insan qalmaqdır. Sizi insan olaraq yaratmaq Allahın, insan qalmaq isə sizin işinizdir. İnsan qalmağın şərti dəyərlərdir, ağılın, iradənin, fitrətin haqqını verməklə mümkündür. Ağıl, iradə, fitrət pozulsa, insan qalmaq imkansızdır. Qurani-Kərim insan qalmağı, fitrətə uyğun yaşamağı təmin edən ölməz dəyərlər gətirmişdir. Bu dəyərlərdən bir çoxunu təqdim edirəm:

ALLAH – O, təkdir, varlığı özündəndir, var olmaq üçün bir başqa varlığa möhtac deyil, varlığın yaradıcısıdır, yaradılan hər şey ona görə var ki, Allah var, ehtiyacsızdır, yaratdığı heç bir varlığa bənzəməz, ibadət və itaətə layiq tək varlıqdır, təklik ancaq Onun haqqıdır, anlamlı həyatın ölçülərini Allah qoymuşdur;
TÖVHİD – Allahdan başqa ilah yoxdur, bu, insan azadlığının əsasıdır, Ona təslim olan azad olar, köləliyin qaynağı olan şirki yox edir, şirk kölələşdirir, tövhid azad edir;
QURANİ-KƏRİM – ilahi kəlamdır, ünvanı insanlıqdır, insanın fitrətinə uyğun yaşamasını təmin edən dəyərlər gətirmişdir, ilahi rəhbərlikdir, doğru yolu göstərir, deyir ki, din birdir, sahibi Allahdır, mesajlar mərhələli biçimdə gəlmişdir, son mesaj Qurani-Kərimdir, öncəki vəhylər də bu kitabın içindədir, dəyərləri bütün insanlığa aiddir;
- ELÇİLƏR – onları seçmək Allaha aiddir, bütün rəsullar eyni soydandır, eyni ilahi dəyərləri təbliğ etmişlər, hamısı nəbi və rəsuldur, Allahdan vəhy almış, onu olduğu kimi insanlara çatdırmışlar, rəsullar insanların örnəkləridir, onların arasında fərq qoymaq, onları bir-biri ilə yarışdırmaq Qurani-Kərimə ziddir. Elçilər arasında fərq qoymaq ilahi nizamı pozmaq, ümmət anlayışını təhrif etmək, fərqli dinlər ortaya çıxarmaq, tək Allah inancını sarsıtmaq cəhdidir;
DİNdinin sahibi Allahdır, ölçülərini Allahın müəyyən etdiyi həyat biçimidir; 
İMAN – insanın Allaha güvənini, fitrətə uyğun yaşamasını təmin edir, fitrəti qoruyur. Fitrət pozulsa, hər şey pozular. Bir şeyin fitrəti ilahi özəllik və təyinatıdır, bir şeyin fitrəti pozulanda ziddinə çevrilir – insanın fitrəti pozulanda şeytanlaşır;
AZADLIQ – seçim haqqıdır, iradə hürriyyətidir, sevən sevdiyinə seçim haqqı verər, Allah insanı sevir – onu iradəli varlıq kimi yaratmış, seç buyurmuşdur;

Ardı var...
Paralel.az

 

0.013912916183472